На главную
 

Sizin oxuduğunuz kitablar


Bu bölmədə sizlərin göndərdiyi kitabların məzmunlarını yerləşdirəcəyəm. Giriş bölməsində qeyd etdiyim kimi, bu saytı yaratmaqda məqsədim insanlarda kitab oxuma həvəsini, kitablara olan sevgini artırmaqdır. Ancaq, mənim gündelik oxuduğum avtomobil mühendisliyinə, fotoqrafçılığa aid kitablar hər kəsə maraqlı olmaya bilər. Odur ki, oxuduğunuz kitabların məzmunlarını yazıb mənə göndərin, beləcə onları başqa insanlar ilə də bölüşərək Azərbaycan gəncliyinə faydanız toxunacaqdır.



Çingiz Abdullaev "Monte Mario təpəsinde ölüm"
Axı niyə bütün qəribə hadisələr, təsadüflər məhz Drongonu tapmalıdır? Özü də istirahəte, hər şəydən qaçıb tənha olacağı bir yerə sığınmaga ehtiyac duyduğu bir vaxtda? Bəlkə də bu hadisəni Drongodan başqa heç kim aça bilməzdi... Esərdə Drongo Romadakı "Hilton" otelində rəqibi, ona daima həsəd aparan Hecketlə qarşılaşır və oteldə baş verən, hər ikisinin də qarışdıgı 2 cinayəti açmağa çalışırlar: Burada da Drongo həm Heçketi məğlub edir, həm də cinayətlərin üstünü açır...


Mark Tven "Şahzadə və Dilənçi"
Həyatda heç nə təsadüf deyil... İngiltərə krallığının veliəhdi şahzadə 6-cı Eduard Tudor ilə səfil bir dilənçi olan Tom Kentinin bir-birlərinə həddindən artıq bənzəyişləri də... Məhz bu dərəcədə oxşarlıq həm şahzadə Eduardın, həm də dilənçi Tomun həyatında qəribə hadisələrin yaşanmasına və nəticədə hər ikisinin də böyük təcrübələr qazanmasına səbəb olur... Tom üçün artıq həyatın mənası pul və yaxud şöhrət deyil, çünki bunların gətirdiyi çətinlikləri yaşayır... Şahzadə Eduard isə gələcəkdə idarə edəcəyi sadə xalqının əzabları, çətinlikləri ilə tanış olur... Həmçinin əsl dostluğun nə demək olduğunu, ana sevgisini də bu insanların içində öyrənir...


Anar "Mən, sən, o ve telefon"
Buyurun sizin üçün keçmiş zamanların virtual dostluğu. Gənc jurnalist Seymur və sirli bir qadın olan Mədinə: Bir gecə tesadüfən tanış olurlar telefonda: Və sonradan əsl dostluğa çevrilir onlarin bu tanışlığı: Ama nədənse heç görüşmek istəmir hər ikisi... Günlərin bir günü Seymuru yeni bir idarəyə şö'bə müdiri təyin edirlər...Eməkdaşların siyahısına baxanda birdən...Tanış telefon nömrəsi!!!... Tale onları bir idarədə qarşılaşdırır amma bundan təkcə Seymurun xəbəri var... Artıq özünü telefonda "Rüstəm" kimi təqdim edən Seymurla makinaçı Mədinənin telefon söhbətlərinin mövzusu "təzə şö'be müdiri" Seymur müəllimdir..."Rüstəm" artıq Seymuru, yə'ni öz-özünü qısqanmağa başlayır: Axi niye Seymur onu görə bilir, onunla kinoya gedir, evlərinə ötürür, amma "Rustəm" yox??? Görəsən "Rustəm"mi daha çox sevir Mədinəni, yoxsa Seymur muəllimmi? Bir insanın daxili aləmini çox gözəl təsvir edən bir əsərdir...


William Bell 'Alma'
Əvvəlcədən maraqsız və mənasız görürünən bu kitab sonunda mənim maraqlı kitablar siyahıma daxil oldu. Kitab kasıb bir ailədə doğulan, erkən yaşlarında atasını itirmiş azyaşlı qızdan, Almadan bəhs edir. Uşaq yaşlarından yazıçılığa olan həvəsi onun çox sevdiyi yazıçı Rachelle Rebecca Hawkinsdən gəlmişdir. Və o nə vaxtsa sevdiyi yazıçı Rachelle Rebecca Hawkins ilə görüşməyi arzu edir. Almanın gözəl əl yazısı olduğu üçün bir gün o iş təklifi alır. Bu təklifi edən isə sevdiyi yazıçı Rachelle Rebecca Hawkinsdir, ancaq o özünü Miss Lily kimi təqdim edir. Alma Miss Lilynin yazdığı məktubları əl yazısı ilə yazmalı idi. Bir gün işdə, məktubları yazarkən Miss Lilynin, sevdiyi yazıçı Rachelle Rebecca Hawkins olduğunu bilir . Bu təsadüfə heç də inana bilmir. Beləliklə sonda Alma, Rachelle Rebecca Hawkinsle yaxından tanış olub yeni bir kitab dərc edirlər.


F. Scott Fitzgerald ' The Great Gatsby'
Çox təsirli bir əsərdir. Bu kitab Gatsby-nin başına gələn hadisələrdən bəhs edir. Cox sevdiyi bir qız Daisy, o əsgərlikdə olarkən başqa birisi ilə ailə həyatı qurur. Əsgərlikdən qayıdandan sonra 5 il öz sevgisni axtaran, kecmişini geri qaytarmaq, Daisy ilə birlikdə olmaq istəyən Gatsbynin arzuları ürəyində qalaraq günahsız yerə bir güllənin qurbanı olur. 'You cannot repeat the past' (F. Scott Fitzgerald). ). Keçmişi dala qaytarmaq mümkün deyil. Bu əsəri oxuduqdan sonra həqiqətən də bu sözlərə inanmaq olur.


James David Salinger 'The Catcher in the Rye'
Kitab gənc bir oğlanın, Holden-in həyatından danışır. Kitabın əsas məzmunu siqareti, spirtli içkini özünə dost seçənlərdən bəhs edir. Çox maraqlı bir kitabdır. Bu əsərdə ən xoşuma gələn o oldu ki, ikiuzlülüyə nifrət edən Holden başına gələnləri, butun xırdalıqları olduğu kimi təsvir edir. Kiçik qardaşını ıtirdikdən sonra o heç vaxt özünə yer tapa bilmir. Məktəbdən qovulduğu üçün siqaret çəkməyə məcbur olur. Sonda isə Holden öz hərəkətlərinin qurbanı olur.


Cek London "Martin İden"
Əsərdə sevdiyi qiza layiq olmağa, onən gözündə yüksəlməyə çalişan Martin İden, bir insanin, əgər ürəkdən istərsə, hərşəyə qadir olduğunu göstərir. Adi, savadsiz bir insan çalişaraq, çox dəyərlərini fəda edərək, sonunda dahi bir yazıçıya çevrilir. Artıq tanınmış, sevilən bir yazıçı olan Martin təəssüf ki, bütün həyatı boyu axtardığı xoşbəxtliyi tapa bilmir. Heç kim onu başa düşmür, hətta sevdiyi qız da. Heç vaxt unutmayın, əsas olan qəlbin incəliyidir...


Fedor Dostoyevski "Bəyaz gecələr"
Oxuduğum əsərlərdəki insanlar içərisində mənə ən çox tə'sir edən surətlərdən biri bu əsərin qəhrəmanıdır. Bəlkə də heç kim onun qədər geniş qəlbli ola bilməzdi. Həyatı boyunca tənhalığını sadəcə Peterburqun küçələri və qaranlıq otağı ilə bölüşən bu adam bir gün həyatının qadınına rast gəlir. Amma onu sevdiyini etiraf edə bilmir. Nastenka isə onu tərk edib başqa şəhərə gedən sevgiisinin bir gün qayıdacağını gözləyir. O, Nastenkanı sevsə də, bunu gizlədir, qıza təsəlli verir, hətta ona sevgilisini axtarmaqda kömək edir. Nəhayət, qız gözlədiyi insanın gələcəyinə dair bütün ümidlərini itirir. Ve o, qıza onu uzun müddətdən bəri sevdiyini, evlənmək istədiyini söyləyir. Qız buna çox sevinir. Birlikdə xoşbəxtlik xəyalları qurarkən, artıq hər şeyin yaxşı olacağına inandıqları bir vaxt qızın köhnə sevgilisi qayıdır. Əgər sonunda nə olacağını bilmək istəyirsizsə əsəri oxuyun.


Viktor Huqo "Səfillər"
Bu əsərdə də "İnsan hər şeyə qadirdir, əgər ürəkdən istərsə..." və "İnsana ən yaxın dost elə onun özüdür" fikirləri ön plandadır. Jan Valjan köhnə bir katorqalıdır. İnsanlar onu cəmiyyətdən təcrid edir, çox yalnız qalır. Həyatın bəlkə də, ən çətin anında Monsenyor Benven-u ilə qarşılaşması onun həyatını tamamilə dəyişir. Qarşısına qoyduğu məqsədlərin çoxuna nail olur. Həyatını çox sevdiyi, yanında böyütdüyü Kozettaya və onun sevgilisi Marius-a fəda edir. Lakin, bütün yaxşı insanlar kimi, onun da qədri bilinmir. Unudulur.


Tolstoy "Anna Karenina"
Xoşbəxtliyi axtaran bir qadından bəhs olunur. Əslində onda xoşbəxtlik üçün lazım olan hər şey var. Lakin xoşbəxt deyil. Axtardığını qraf Vronskidə tapır. Ailəsini dağıdan, sonunda isə Vronski tərəfindən tərk edilib yenidən köhnə <


Rhonda Byrne 'The Secret'
Son vaxtlar oxuduğum kitablar arasında məni çox təəccübləndirən kitab 'The Secret'dir. Müəllifi Rhonda Byrne olan məhz bu kitab mənə həyatda çox şeyə sahib olmağı öyrətdi. Yəni istədiyiniz nə varsa, onu əldə edə bilərsiniz. Həqiqətən bu fikirdə çox böyük məna vardır. Artıq mən arzuladığım bir çox şeylərə sahib olmuşam, hansı ki onlar mənim üçün əlçatmaz idi. Siz də arzularınızı seçərkən ehtiyatlı olun, çünki onlar bir gün gerçəkləşə bilər.


V. Hüqo 'Paris Notrdam kilsəsi'
Gözəl və heç kimi olmayan bir qızın taleyindən bəhs edir bu əsər. Onu heç kim qiymətləndirə bilmir. Yalnız qozbeldən başqa... Məgər bu gözəllik ilahəsi olan Esmeralda buna layiqdir? Yoxsa doğurdanmı gözəl qadınlar heç vaxt xoşbəxt ola bilməzlər?