Əziz Oxucu, səni saytımda görməyimə çox şadam!
Əziz, ona görə ki, əgər saytımın ünvanını yazıb bura daxil olmusansa, saytım vasitəsilə yeni biliklər əldə edib saytın müəllifinə qarşı üreyinde təşəkkür hissləri keçirəcəksənsə, deməli saytımla bərabər mənim özümə də qiymət vermiş olacaqsan.
Oxucu, ona görə ki, saytım sənin üçün bir kitabxana kimi olacaq, sən də bu kitabxananın oxucusu; buradakı kitabların sayından asılı olmayaraq səni “Kitablar Dünyasına” səyahətə aparacağam.
Kitablara olan sevgimin nə zamandan başladığını xatırlamaq istəsəm də heç zaman xatırlaya bilməmişəm; yəqin bu sevgi mənimlə birlikdə anadan olub, gözlərim görənə qədər də davam edecək. 3-5ci siniflərdə oxuyanda “Uzuncorab Peppi“, “Qulliverin səyahətləri“, “Tom Soyerin macəraları“, “Balaca Prins“, “Zümrüd şəhərinin sehrbazı“, “Don Kixot“ əsərləri ilə başlamışdı kitablara olan sevgim, marağım. Onları isə “Min bir gecə nağılları“, “Dünya uşaq ədəbiyatı müntəxabatı“, Nizami, H.Cavid, Ə.Haqverdiyev, Axundov və başqa yazıçılarımız əvəz etdi tədricən.
Universitet illərində isə dünya ədəbiyatına maraq göstərdim: Moem, Mopassan, Balzak, Drayzer, Heminquey, Sveyq, Flober kimi yazıçıların bir neçə əsəri ilə kifayətlənməyib bacardıqca daha çox oxumağa çalışardım. Elə bu illerde Mübariz Cəfərli və Çingiz Abdullayev'in əsərlərini oxuduqdan sonra ədəbiyata olan marağım daha da artdı, ilk əsərlərimi yazdım. Tale elə gətirdi ki, təhsilimi xaricdə davam etdirməyə başladım, ona görə də fəlsəfə və psixologiya kitablarını oxumağa son illər heç zamanım olmadı: bu kitablar da öz yerlərini avtomobil mühendisliyi ilə elaqəli olan kitablara verdi.
Vaxtım olduqca oxuduğum kitabların qısa məzmununu, kitabda rast gəldiyim maraqlı fikirləri, ixtisas kitablarında isə əsas yerləri özümdə qeyd etməyə çalışıram. Və onları Sizlərlə bölüşmək üçün bu saytı yaratmağı qərara aldım.
Qonaq dəftərinə sayt haqqında düşüncələrinizi, saytımda daha nələri görmək istədiyinizi yazmağı unutmayın.
…Saytın son səhifəsini bağlayıb, çıxtığınız bu səyahəti tamamladığınızda, içinizdə bir həyəcan, ürəyinizdə saytın müəllifinə qarşı hörmət və üzünüzə bir təbəssüm kazandıra bilmişsem ne mutluluk bana...
Hörmətlə: Kənan R. Məcidov
|