На главную
 

Dini kitablar

Halit Ertuğrul 'Aysel'
Bu yazarın və bu əsərin həyatımda böyük önəmi var. Bu əsəri oxuduqdan sonra namaz qılmağa başladım və hamıya da oxumağı məsləhət görürəm. Əsər, pis yollara düşən, dinə inanmayan və sonda xərçəng xəstəliyinə tutulan gənc bir qızın ölüm ayağında ikən, həyatının son günlərini yaşarkən Allah'ın varlığına necə inanmasından, etdiyi əməllərə peşman olmasından bəhs edir.


Halit Ertuğrul 'Kendini arayan adam'
Yazarın məşhur əsərlərindən biridir. Bu əsəri oxuduqdan sonra bir çox insan dünyaya baxışını dəyişib. Əsərdə marksist, qoca bir insanın özünü İslamda necə tapmasından bəhs edilir. Həyatı uğurlu olsa da yalnız sonunda İslamı dərk edir, dinə iman gətirir.


Halit Ertuğrul 'Kendimi buldum'
Bu əsər bütünlüklə öncəki əsəri oxuduqdan sonra həyatları yaxşı tərəfə dəyişən, xeyir tapan insanların yazara olan məktublarıdır. Bu əsəri oxuduqdan sonra mən də bu yazara məktub yazmaq, fikirlərimi onunla bölüşmək istədim.


Hekimoğlu İsmail 'Bir deliyle evlendim'
Dəhşətli dərəcədə maraqlı, yadda qalan, dinlə də çox bağlılığı olan romandır. Amerikalı bir müəllimə müsəlman bir tələbəsi ilə ailə qurur. Onunla yaşadığı müddətdə xristian olmasına baxmayaraq İslam dininin qüdrətini, gözəlliyini derk edir, İslamı qəbul edir. Sonda isə onunla birlikdə Türkiyə'yə gələrək həyatının sonuna kimi onunla xoşbəxt yaşayır.


Ömer Öngüt 'İslamın temel esasları'
Bu kitab İslam haqqında müəyyən bilgilərə sahib olub bu bilgilərini genişləndirmək istəyənlərə daha faydalı olacaq. Ramazan ayında oxuduğum bu kitabı anlamaq üçün Türkçə'dən başqa Türkçə'yə keçmiş ereb-fars menşeli sözlərini də mükəmməl bilmək lazımdır. Kitabda İslamın 5 əsası olan kəlimeyi-şehadet, namaz ve oruc, zəkat və həcc haqqında məlumat verilir. Kitabı oxuduqdan sonra İslam dini haqqında bilgilərim çoxaldı.