Íà ãëàâíóþ
 

Muxtelif kitablar

“100 âåëèêèõ êíèã”
Dünyadakı əsas məşhur kitablar haqqında məlumat almaq üçün kitabsevənlərə faydalı kitabdır. Burada əsas dini, fəlsəfi, dünya və rus ədəbiyatı haqqında məlumat verilir.


“100 âåëèêèõ æåíùèí”
Adından da göründüyü kimi dünyadakı məşhur qadınlar haqqındadır. Ancaq burada 60-70 qadını rus aktrisa, müğənni, balerinaları təşkil edir. Buna baxmayaraq kitabda Marqaret Mitçell, Koko Şanel, Aqata Kristi, Astrid Lindqren, Merilin Monro və başqa məşhur qadınlar haqqında da məlumat verilir.


“100 âåëèêèõ ïèñàòåëåé”
Bu da çox yaxşı kitabdır. Lap antik dövründən tutmuş, XVII, XVIII, XIX və XX əsr şair və yazıçıları haqqında, yazdıqları məşhur əsərləri haqqında kifayət qədər məlumat almaq olar. Ancaq bu kitabın mənfi tərefləri də var. Müəlliflər rus olduğundan rus yazıçılarına çox yer ayrılıb, həm də burada bir neçə fars şairindən başqa heç bir Azəri yazıçı ve ya şairə rast gəlmək mümkün deyil, ayrıca Sveyq, Stendal, Daniel Defo'ya da rast gələ bilmədim. Bunlar hələ mənim bildiklərim idi, məgər onlar məşhur deyildilər? Bu kitabda heç məşhurlıuğu olmayan, tanınmayan rus yazıçılarının yerinə onları yazmaq olardı.


“100 âåëèêèõ ìûñëèòåëåé”
“100 məşhur yazıçı” kitabı kimi bu da yaxşı kitabdır. Fəlsəfə haqqında məlumatı olmayanlar bu kitabı oxumaqla dünyanın əsas filosofları, onların fikirləri, əsərləri ilə tanış ola bilərlər. Mənim ümumiyyətlə qədim antik (yunan) və klassik alman fəlsəfəsinə marağım var, bu kitabı oxuduqdan sonra nisbətən yaxşı bildiyim alman fəlsəfəsi haqqında biliklərim artdı, həm də tanımadığım, yalnız adlarını eşitdiyim filosoflar haqqında məlumatım oldu.


È.Þ.Êóëàãèíà, Â.Í.Êîëþöêèé “Âîçðàñòíàÿ ïñèõîëîãèÿ”
Bu demək olar ki, mənim psixologiyaya aid oxuduğum ilk kitabımdır. İndiyə kimi psixologiyaya aid biliklərimi şəxsi təcrübəmdən, müxtəlif qəzet və jurnallarda rast gəldiyim məqalələrdən, həmçinin Freyd haqqında kitab yazarkən yığmışdım. Çox maraqlı kitabdır bu. İnsanların xasiyyətləri, psixoloji inkişaflarında qarşıya çıxan problemlər, həmçinin körpəlikdən ölənə qədər insanların keçdiyi bütün psixoloji mərhələlər kitabda öz əksini tapıb.


Siseron “Î ñòàðîñòè,äðóæáå, îá îáÿçîííîñòÿõ”
Böyük filosofun bu kitabında onun ancaq dostluq haqqında fikirləri xoşuma geldi. Əsl dostun necə olması haqqında, ümumiyyətlə dostluq haqqında Siseron'un maraqlı fikirləri var.


İbrahim Refik “Hayatın renkleri”
Müəllif bu kitabda müxtəlif mənbələrdən ibrətamiz, maraqlı olayları əks etdirib. Bəziləri dinlə, bəziləri isə elmlə bağlıdır, bəzilərində isə baş vermiş təsadüfi hadisələrə heyran qalırsan.


Mehmet Erdoğan “Kalem sırra dokundu”
Müəllif bu kiçik həcmli kitabında yaşanmış hekayələri toplayıb. İlk baxışdan maraqsız da gələ bilər kiməsə, ancaq oxuduqca həyatda baş vermiş bu hadisələrə, bu möcüzələrə heyran qalırsan. Hətta bir hadisə Azərbaycan'da baş verib. Hekayələrin hamısı yadımda qalmasa da oxuduqdan sonra bəzileri çox təsir etdi mənə.


Hakan Büyükdere “Hayatınızı değiştirecek öyküler”
Müəllif bu kitabda müxtəlif kitablardan həyat və sevgi, yaxşılıq etmək, dostluq, zəka, valideynlik ve b. mövzularda kiçik hekayələri toplayıb. Yaşam sevinci – mutluluk ilə elaqəli olan “Turgenev ve dilençi”, “Fena halde mutsuz adam”, “Bunu aktarın”, “Her şey o kadar kötü olamaz” kimi hekayələr xoşuma gəldi.


Lance Armstrong “Hayata çevrilen pedal”
Gənc yaşda velosiped sürmə üzrə dünya çempionu olan Armstrong-un bu avtobioqrafik əsəri uşaqlıq illərindən bu günədək gəldiyi həyatı əhatə etməklə yanaşı xərçəng xəstəliyi ilə necə mübarizə aparıb xəstəlikdən qurtulması haqqındadır. Əsəri oxumağımı təsadüfi adlandıra bilmərəm, “Əsl kişi haqqında dastan” adı verdiyim vu əsər, həyatda mübarizə etmək, qalib gəlmək, problemlərlə üzləşməkdən qorxmamaq kimi mövzularda insanı inanılmaz dərəcədə motivasiya edir, ruhlandırır, həyatda mümkün olmayacaq heç bir şeyin mövcud olmadığını bir daha sübut edir. Əsərdə diqqətimi cəlb edən ən əsas məqam isə Armstrong-un heyatının ən çətin anlarında sevgilisinin, daha sonra isə həyat yoldaşının onu əsla tərketməməsidir. Həyatda əldə etdikləri uğurlarını iki qadına: anası və həyat yoldaşına borclu olan, Fransa velosiped turnirini qazanan ilk amerikalı çempionun bu əsərini oxumağı hər kəsə tövsiyyə edirəm.