Íà ãëàâíóþ
 

İngilis ədəbiyyatı.


Ñîìåðñåò Ìîýì “Ïîäâîäÿ èòîãè"
Bu əsəri oxuduqdan sonra Moem mənim ən sevdiyim 2’ci yazıçıya çevrildi. Bu əsərdə o, uşaqlığından qocalığa kimi keçdiyi ömür yolundan bəhs edir və müəyyən qədər də avtobioqrafik əsərdir. Ancaq dəhşətli dərəcədə maraqlıdır (xüsusən incəsənət adamlarına maraqlı olacaq) və mən deyərdim ki, bu mənim stolüstü kitabım olacaq. Əsərdə yazıçılıq, teatr, dramaturgiya barəsində Moem’in fikirləri yazılıb. Mən Moem’in, necə yazıçı olmaq barəsində fikirlərini qəbul edirəm və gələcək yazıçılıq həyatımda bu prinsiplərin məndə də olmasını istərdim.


Ñîìåðñåò Ìîýì “Òåàòð”
Dəhşətli dərəcədə maraqlı əsərdir, bunu oxumağı mənə ingilis dili müəllimim məsləhət gördü. Əsər Culia adlı məşhur aktrisanın həyatından bəhs edir. Ilk vaxtlar gözəl olan əri Maykl tədricən gözəlliyini itirməyə başlayır və Culia üçün maraqsız bir insana çevrilir. Bu zaman isə Tom adlı gənc bir oğlan onun sevgilisinə çevrilir. Tom əslində onu sevmir, yalnız məşhur aktrisa olduğundan istifadə edir. Culia bunu bilsə də, ehtiras hissi ondan ayrılmasina mane olur. Sonda Tom onu tərk edib başqa aktrisanın yanina getsə də sonuncu tamaşada həmin aktrisa uğursuz oynayır və əsər bütünlüklə Culia’nın qələbəsi ilə bitir: həm səhnədə, həm də həyatda.


Ñîìåðñåò Ìîýì “Óçîðíûé ïîêðîâ”
Maraqlı əsərdir, süjetdə o qədər də yenilik yoxdur, ancaq Moem’in qələmindən yarandığı üçün oxumaq olar. Kitti Uolter’le ailə qurandan sonra onu sevmədiyini başa düşür ve ondan gizli başqası ilə vaxt keçirməyə başlayır. Lakin Charli onunla birlikdə yaşamaqdan imtina edir, Uolter isə cəza olaraq onu özüylə yoluxucu xəstəlik olan yerə aparır və bir müddətdən sonra özü xəstələnib ölür. Yalnız bundan sonra Kitti onun sevgisini başa düşür, lakin artıq gecdir, o Charli’ni də, Uolter’i də itirmiş olur və ömrünün qalan hissəsini atası ilə keçirməli olur.


Ñîìåðñåò Ìîýì “Ëóíà è ãðîø”
Dahi bir ressamın heyatından bəhs edən bu əsərin ilk səhifələri oxucuya maraqsız gələ bilər, həm də müəyyən qədər müəllifin “Îñòðèå áðèòâû” əsərinə oxşayır. Elə ki, müəllif rəssamın həyatını təsvir etməyə başlayır, həmin andan əsər haqqında fikirlər dəyişir, tezliklə oxuyub tamamlamağa tələsirsən. Əgər bütün bu hisslərlə yanaşı ilk baxışdan darıxdırıcı görünən bu rəssama qarşı sonda dərin sevgi hissinin yaranmasını istəyirsənsə, bu əsəri oxu.


Ñîìåðñåò Ìîýì “Îñòðèå áðèòâû”
Qəribə, həm də maraqlı əsərdir bu, Larri adlı bir oğlandan bəhs edir. Əsər boyu Izabella onu istəyir, lakin Larri’nin kitablara (!) üstünlük verdiyinə görə onun evlənmək təklifini rədd edir. Larri isə ömrünü həqiqət axtarmağa sərf edir. Sonda Sofi adlı bir qadını sevib onunla evlənmek istəyəndə Izabella onu qətlə yetirir. Ñîìåðñåò Ìîýì “Èñòî÷íèê âäîõíîâåíèÿ” Bu əsərdə yazıçı bir qadının ərəndən bəhs edilir. Yazıçının dostları onu saymır, heç yerinə qoyurlar. O da buna dözməyib evdəki aşbaz qadın ilə qaçır, həyat yoldaşı onu geri qaytarmaq istəsə də buna nail olmur. Əri ona əsərlərinin pis olduğunu deyib detektiv əsərlər yazmağı məsləhət görür. Bunun nəticəsində isə qadın daha da məşhur olur.


Ñîìåðñåò Ìîýì “Ðàññêàçû”
Çox maraqlı hekayələrdir. Mən deməzdim ki, həle belə oxumaq üçün oxunulası hekayələr, yox, insanın yaddaşında qalan hekayələrdir. Ñâåéã’də olduğu kimi hamısının adlarını çəkməyəcəyəm, çünki hamısı yaxşıdır və hamısının da süjeti müxtəlifdir. Mən onları oxuduqdan sonra hekayələrin maraqlı olmasından başqa Moem’in necə müxtəlif süjetlər seçə bilməyinə də heyran oldum.


Ñîìåðñåò Ìîýì “Çàâîäü”
Bu hekayədə ondan bəhs edilir ki, bir ingilis, tuzemka ilə evlənib onu öz şəhərinə aparır. Lakin həmin qız burada çox yaşaya bilməyib öz tayfasına qayıdır. Əri onun dalınca gedib onu qaytarmaq istəsə də buna nail ola bilmir, insanlar arasında özünü gülünc vəziyyətdə qoyur. Sonda isə buna dözməyib intihar edir.


Ñîìåðñåò Ìîýì “Äîæäü”
Bu hekayə digərlərindən daha maraqlıdır. Missionerliklə məşqul olan bir şəxs pis yola düşmüş bir qadını düz yola gətirmək üçün əlindən gələni edir, lakin qadın özünü yalandan düz yola qayıtdığı kimi göstərib onu qətlə yetirir. Çünki sonda missioner onu pansionata göndərmək istəyirdi.


Ýìèëè Áðîíòå “Ãðîçîâîé ïåðåâàë”
Dəhşətli dərəcədə maraqlı romandır. Əsəri oxuduqca hiss edirsən ki, Emili Bronte heç də Sharlotta Bronte’dən geri qalmır. Əsər onunla başlayır ki, Qrozovoy pereval’da yaşamaq üçün bir gün yeni sakin gəlir, həmin evdə uzun məddıt yaşamış olan qulluqçu Nelli o evdə baş verən bütün hadisələri ona danışır və bütün əsər Nelli’nin söhbətlərindən ibarətdir. Əsər, o evde yaşamış olan, təxminən 3 nəsil insanlar haqqındadır. Əsərin əsas qəhrəmanı olan Xitklif və Ketrin’i yazıçı elə gözəl təsvir edib ki, oxucuda Xitklif’ə qarşı dərin nifrət hissi, Ketrin’ə qarşı isə sevgi, mərhəmət hissi yaranır. Maraqlı əsərdir, bunu mütləq oxuyun…


Øàðëîòòà Áðîíòå “Äæåí Ýéð”
Bu əsər Sharlotta Bronte’nin avtobioqrafik romanıdır. Djen uşaqlıqda çox çətinliklərlə rastlaşır, 8 il pansionatda tək yaşayır. Lakin burada aldığı bilik ona varlı bir evdə tərbiyəçi işləməyə kömək edir. Evin sahibi isə ona vurulur. Ailə quracaqları gün onun evli olduğunu bilən Djen onu tərk edir. Uzun müddət başqa yerdə yaşadıqdan sonra ona qayıdır. Əsərin sonu, onların görüşməsi, uşaqlarının dünyaya gəlməsi ilə baglı səhnələr daha cəlbedicidir.


Ýíí Áðîíòå “Àãíåñ Ãðåé”
Ýíí Áðîíòå bacıları qədər təcrubəli olmasa da, oxumağa dəyər. Əsər gənc bir qızın həyatından bəhs edir. Aileəi müflisləşdikdən sonra o, quvernantka işləməyə başlayır və əsər boyu 2 evdə işləmiş olur. Bu müddətdə çox çətinliklərlə rastlaşsa da gözəl bir gündə istəklisinə qovuşub xöşbəxt olur.