Amerikan ədəbiyyatı.
Теодор Драйзер “Сестра Керри”
Həqiqətən də məşhur amerikan yazıçısı Drayzer’in bu ilk əsərinin ona böyük şöhrət gətirdiyini qəbul etmək olar. Əsər əsasən işsizlikdən, onun necə acı olmasından bəhs edir. Kerri Chichaqo şəhərinə işləməyə gəlir. Ancaq burada ağır iş əvəzinə aldığı az maaşı bacısının evində qaldığına görə ona verməli olur. Bu an isə Drue ilə rastlaşır, hansi ki, onu hər cür yaşayış vasitəsi ilə təmin edir. Lakin Kerri onun dostuna vurulur və onunla qaçır (p.s. görəsən qadınlar niyə ehtirasa görə onları sevən şəxsi tərk edirlər, hansı ki, bununla özlərini də onu da məhv edirlər). Qerstvud başqa şəhərdə özünə əvvəlki kimi yüksək səviyyəli iş tapa bilmir və onlar tezlikle müflisləşirlər. Sonda dilənçi halında ölür, Kerri isə varlı bir aktrisaya çevrilir.
Òåîäîð Äðàéçåð “Òèòàí”
Amerikada, 2008-ci ilin sonlarına doğru başlayan iqtisadi kriz günlərində oxuduğum bu əsər, 1914 – cü ilin may ayında ilk dəfə çap olunduğu zaman, dövrün Amerikalı kritikləri tərəfindən kifayət qədər güclü tənqidlərlə qarşılandı. Drayzer – təbiətcə rəssam-naturalist idi və əsərlərini öz həyat təcrübəsi və müşahidələri əsasında yazırdı. Əsərlərində dövrün sosial problemlərinə toxunan Drayzer, hadisələri real faktlar, birja əməliyyatları, qəzet məqalələrindən sitatlar verməklə olduğu kimi əks etdirirdi. XX əsr Amerika iqtisadiyyatını, birjadakı çirkin oyunları, rüşvəti olduğu kimi təsvir edən Drayzer’in bu əsərini öncələr heç bir nəşriyyat qəbul etmədi, sonunda “Jon Leyn kompani” əsərin nəşrini qəbul etdikdə, tənqidçilər müəllifi yazı stili olmamasıyla ittiham etdilər. Nəticədə, Drayzer bu əsərdən heç bir kommersiya gəliri əldə edə bilmədi, hətta sonradan digər yayın evlərinin ona verdiyi avansı bilə geri qaytarmaqda sıxıntılar çəkdi.
Əgər “Finansist” əsərində Kaupervurd iqtisadi həmlələr etməyə başlayan bir məmur idisə, “Titan”da o artıq şəhərin ən varlı insanlarından birinə çevrilir. Drayzer’in “Triloqiya”sında 2-ci əsər olan “Titan”ın baş qəhrəmanı, dövrün amerikalı millioneri Çarlz Yerkis’in timsalında Frenk Kaupervurd’dur. Əsəri oxuduqca müxtəlif səhnələrdə, həyatının müxtəlif dövrlərində oxucunun qarşısına iki fərqli Kaupervurd obrazı çıxır:
Filadelfiyada həbsdən çıxdıqdan sonra bu şəhərdə bütün qapıların onun üçün həmişəlik bağlı olduğunu anlayan Kaupervurd, Çikaqo şəhərində yeni həyata başlayır. Mübarizə, qələbə qazanmaq, uğur əldə etmək arzusuyla alışıb yanan Kaupervurd, yavaş yavaş şəhər dəmir yollarının aksiyalarını almağa, daha sonra isə bir həmlə ilə şəhər bələdiyyəsindən öz şirkəti üçün ayrıca dəmir yolu xətti çəkmək razılığı alır. Və bununla da rəqiblərinin payına sahib olmaqla, bu şəhərdə keçirəcəyi novbəti 20 il üçün özünə saysız-hesabsız düşmənlər qazanır.
İqtisadçı Kaupervurd – çox inadkar, təslim olmayan, ən kiçik ümid olduqda belə öz istədiyindən dönməyən bir şəxsdir. Siyasi, sosial, ailə çətinlikləri zaman-zaman onun qarşısına çıxsa da, o, müxtəlif yollarla bu çətinlikləri dəf etməyi bacarır. Ömrünün sonlarına doğru, uğurlarının ən pik nöqtəsində yeni seçilmiş bələdiyyədə tikinti müqaviləsini uzada bilməyib məğlub olduğu bir anda belə rəqibləri ona olan heyranlığını qəbul edirlər.
Kaupervurd’un zəif cəhəti isə hər zaman yeni macəra, yeni hisslər axtarışında olmasıdır. Yeni həyacanları yaşamaq naminə o hətta ümumi-ictimai qaydaları bilə nəzərə almayıb, yalnız öz daxili prinsipləri ilə hərəkət edir. Çikaqo’da tikdirdiyi evində o, əslində sevgilisi ilə xoşbəxtdir, lakin tək həyat yoldaşına bağlı qala bilməməsi sonunda ilə ittifaqının dağılmasına gətirib çıxarır.
Джек Лондон “Мартин Иден”
Əsərin qəhrəmanı olan gənc matros Martin İden, bir təsadüf nəticəsində burjua sinfinə məxsus bir ailə fərdinə küçə mübahisəsi zamanı kömək edir və onların evinə qonaq gəlir. Həyatında ilk dəfə özündən yüksək sinifə məxsus insanlar arasında olan Martin heyrət içindədir. Və bu evdə ev sahibinin qızı Ruf’a aşiq olur. Lakin həyatını davaç etmək üçün aylarla gəmidə matrosluq etməyə məcbur olan Martin ilə İden arasında uçurumlar, çox böyük fərq vardır. Bu fərqi yox etmək üçün qramatikanı, etikanı, danışıq tərzini öyrənməyə başlayan Martinin sevgisi də günü gündən artmaqdadır. O, yazıçı olmağa qərar verir və gecə gündüz əsərlər, hekayələr yazmağa başlayır.
Əsərləri, göndərdiyi jurnallar tərəfindən geri göndərildikcə isə Martin təslim olmur, əksinə, daha böyük həvəslə, daha böyük inadla yeni əsərlər yazır. Yazıçı, Martinin uğursuzluqlarını, dolanmaq üçün məcbur olduğu çətinlikləri, onun yaşayış tərzini o qədər ətraflı və canlı təsvir edib ki, ətrafındakı bütün insanların ona yazıçılığı buraxın bir işə başlamağı tövsiyə etdikləri kimi də, əsərin oxuyucuları da sanki Martini bu inadından döndərməyə çalışacaqlar.
Çox maraqlı, sevgi və həyat uğrunda aparılan mübarizənin çox canlı bir şəkildə təsvir edildiyi bir Jek London şedevri.
Эрнест Хемингуэй “По ком звонит колокол”
Xeminquey’i çox adamın sevmədiyi ilə razılaşmamaq üçün, bu əsərin niyə dunyanın 100 məşhur əsərlərindən biri olduğunu başa düşmək üçün səbrlə bu əsəri sona kimi diqqətlə oxumaq lazımdır. Ilk səhifələrdən mənim kimi səbirsiz olub yanlış qərar çıxarmağa tələsməyin. Xeminquey bu əsərində amerikali dinamitçik ilə sadə bir qaraçı qızı arasındakı 3 günlük sevgini təsvir edir. Əsər müharibə dövründə yazılıb və yazıçı burada ölüm ilə sevginin elaqəsini göstərir. Müəllif əsərin sonunda Robert Cordan’ın ölüm səhnəsini təsvir etməyib bir daha oxucuda yalnız sevgi hisslərinin qalmasına çalışıb.
Эрнест Хемингуэй “Фиеста” (И восходит солнце)
İlk dəfə 1926-cı ildə işıq üzü görən bu roman müəllifə ilk yazıçılıq şöhrəti gətirdi. Həyatı olduğu kimi təsvir edib, yaşadığı dövrün reallıqlarını oxuculara olduğu kimi çatdıran Xeminquey’in bu əsərinin qəhrəmanı Amerikalı jurnalist Jeyk’dir. Müharibədən yenicə qayıtmış, daxilində baş verən mənəvi üsyanları dəf etmək üçün Paris’in barlarında vaxt keçirir. Dostları ilə birlikdə İspaniya’ya Fiesta festivalına getməsi ilə həyata qalan sevgisi yenidən canlanır. XX əsr Fransa’sı ilə günəşli İspaniyanın gözəl təsvir edildiyi bu əsəri oxuduqca korrida döyüşləri, ötən əsrin əvvəllərində Fransa’da həyat oxucunun gözlərinin önündə bir film kimi canlanacaqdır.
Эрнест Хемингуэй “Старик и море”
Balıq ovunun ətraflı təsvir edildiyi, mübarizə və inam hisslərinin hakim olduğu bu əsərdə Kubalı balıqçının həyatından bəhs edilir. Qoca balıqçı Santyaqo artıq 84 gündür dənizdən əliboş geri qayıdır. Növbəti gün onun tilovuna böyük bir balıq düşür və balıqçı onu əldən buraxmamaq üçün günlərlər mübarizə aparır. Sonunda balığı öldürüb onu qayığına bağlaya bilsə də, evinə geri dönərkən balıqçını bu dəfə isə amansız akulalar ilə mübarizə gözləyir.
Yazıçıya Nobel mükafatı qazandıran bu əsər, bütün zamanların ən yaxşı romanlarından biri sayılır.
Эрнест Хемингуэй “Прощай оружие”
Bu əsərdə hadisələr I Dünya müharibəsi zamanı başlayır. Döyüşdən öncə cəbhədə sakitlikdir, əsgərlər gündəlik həyatlarını yaşayır, əylənirlər. Döyüşlərin başlanması ilə hər kəs əsl müharibənin nə olduğunu anlamağa başlayır. Əsərin baş qəhrəmanı amerikalı Frederik Qenri yaralanaraq şəhərə müalicəyə qayıdır.
Könüllü leytenant Qenri sağalıb cəbhəyə qayıtdıqdan sonra müharibənin çətinliklərinə şahid olmağa başlayır. Onunla birlikdə bütün əsgərlər mənəvi və fikizik olaraq yorulmuş, bir an öncə bu savaşın bitməsini istəyirlər. Yaşamaq istəyi, aşıq olduğu tibb bacısı ilə birlikdə həyat sürmək arzusu və ən əsası sonu görünməyən bu müharibəyə olan nifrəti Qenrini cəbhədən qaçmağa vadar edir.
1929-cu ildə romanı yazmağa başlayan Xeminquey, bu əsəri nəşriyyat üçün 1948-ci ildə redaktə edəndə onun atası intihar edir, Amerikada isə iqtisadi böhran başlayır. 1917-1918-ci illərdə italiya-avstriya arasında gedən döyüşlərdə iştirak edərək ağır yaralanan Xeminquey, müharibədə gördüklərini bu əsərdə əks etdirir. Bəlkə də bu səbəbdəndir ki, müəllif əsər üçün ön söz yazdığı zamanı əsərin trajik janrda alınmasından narahat olmadığınə qeyd edir. Həyat Xeminqeuyin fikrincə - sonu öncədən məlum olan bir faciədir.
Эрнест Хемингуэй “Снега Килиманджаро”
Bu kiçik hekayədə Amerikalı yazıçı Qarri Smit Afrikada safaridə olarkən ayağından yaralanır və qanqrenaya tutulur. Yazıçı bir yandan ölümünün yaxınlaşdığı anı hiss edir, digər yandan isə həyatını, yaza biləcəyi əsərləri düşünür.
Ýðíåñò Õåìèíãóýé “Ïðàçäíèê, êîòîðûé âñåãäà ñ òîáîé”
Yazıçının son əsərlərindən olan bu əsər məzmunca avtobioqrafik-memorial xarakteri daşıyır və yazıçının 1920-ci illərin əvvəllərində Paris ve Avstriyada keçirdiyi gənclik dövrlərini əhatə edir. Paris küçələri, muzeyleri, kafeleri, balaca oğlu və çox sevdiyi həyat yoldaşı ilə keçirdikləri həyat bu əsərdə öz əksini tapıb. Həmçinin, Xeminqueyin o illərdə keçirdiyi yarı ac, yarı tox həyat, dövrün yazıçıları, rəssamları və ziyalıları ilə tanış olması və bu insanların onun yaradıcılığına olan təsiri barəsində yazıçı bu əsərində ətraflı məlumat verir.
Xeminquey bu əsərini tamamlayır və hətta əsəri üçün ön söz də yazır. Lakin, əsəri nəşr üçün son dəfə redaktə etməyə onun ömrü yetmir və ölümündən sonra həyat yoldaşı Meri Xeminquey tərəfindən kiçik redaktə edilərək nəşrə göndərilir.
Òîìàñ Âóëô “Âçãëÿíè íà äîì ñâîé, àíãåë”
I və II dünya müharibələri arasındakı period ərzində xüsusən inkişaf edən Amerikan ədədiyyatında Skott Fisdjerald, Drayzer, Folkner, Xeminquey ilə yanaşı Tomas Vulf’un da öz yeri vardır. 1929-cu ildə Amerikada iqtisadi böhrandan bir neçə həftə öncə yayımlanan bu roman müəllifin digər 3 romanından ilki və özü tərəfindən tamamlanaraq nəşriyyata təqdim edilən yeganə əsəridir. Əsəri avtobioqrafiq hesab edən oxucuların fikrinə yazıçı etiraz etmir; onun fikrincə ciddi ədəbi əsərlər məzmunca avtobioqrafik xarakter daşıyan əsərlərdir.
Romanın ilk hissəsində oxucu Yudjinin körpəlik və uşaqlıq illəri ilə tanış olur. Həyatda öz yerini tapa bilməyən, bir uğur əldə etməyən atası Qant və bütün çətinliklərə və haqsızlıqlara səssiz-etirazsız tab gətirən anası Elizanın ailəsində ən kiçik uşaq olan Yudjin, bacı və qardaşlarından tamamilə fərqlənir. Böyüdükcə ətrafında olanları heyrətlə izləyən, kiçik yaşlarından başlayaraq oxuduğu kitablardakına bənzər bir həyat xəyal edən Yudjinə digər qardaşları kimi avaralanmaq və ya jurnal sataraq pul qazanmaq yaddır.
Əsərin növbəti hissəsi Yudjinin məktəb və tələbəlik dövrlərini əhatə edir. Bu hissəni oxuduqca oxucunun gözləri qarşısında o dövr üçün xas olan klassik bir Amerikan ailəsi canlanır. Öz eqoizmini içində saxlayan, bütün həyatını sadəcə və sadəcə daşınmaz əmlak işinə, övladlarına rəsmi tonda nəsihətlər verən və hər şeydə bacardığı qədər qənaət edən ana Eliza və uşaq xarakterli, eqoizmini xaricinə vuran və içkidən əl çəkə bilməyən ata Qant’ın ailəsində keçən hər bir gün əsər qəhrəmanı Yudjin üçün faciədir. Və o, daima evindən, yaşaşıdığı şəhərdən qaçmağa çalışır.
Bu qaçış ona çətinliklərə, evsiz, ac-susuz qalmağa bədəl olsa bilə daxili sərbəstliyi və özü ilə tək qalma azadlığı onun üçün daha vacibdir.
Əsərin sonlarına doğru Yudjinə daha yaxın olan qardaşı Ben’in ani ölümü ilə qarşılaşacaq oxucu. Ben’in ölümünü ətraflı və canlı şəkildə təsvir edən yazıçı bu əsərini, evindən tamamilə ayrılaraq Harvard’a təhsilini davam etməyə gedən Yudjin’in, şəhər meydanında, mələk heykəlləri qarşısında qardaşı Ben’in ruhu ilə olan fəlsəfi söhbət ilə yekunlaşdırır.
Margaret Mitchell “Gone with the wind”
I’ve wanted to read this story a long time age. Acts in this story happened during the American Civil War. The main hero of the story is Scarlett O’Hara. Since her young years she loves Ashley Wilkes, but when he recognize that Ashley got married to an other woman, she was married too, to Charles. But two months later Charles died from typhoid. And Scarlett was a widow with her son. Other man, R’hett Butler suggested to be her lover, but Scarlett refused this suggestion. Moneyless, hard life condition forced her to marry with an old man. But after several times her wife died after bullet wound and she married to Butler. At the end, Ashley’s wife’s death and leaving Butler’s to Scarlett gave a chance to live together with her first love.