На главную
 

Fransız ədəbiyyatı.


Стендаль 'Черное и красное'
Bu çox gözəl bir məhəbbət əsəridir. Əsər 19 yaşlı gənc Julyen Sorel'in məhəbbəti barəsindədir. Əvvəlcə o, müəllim olduğu merin arvadının sevgilisi olur ve buna görə də orani tərk etməli olur. Sonra isə tamam başqa xasiyyətli bir qızı sevir. Həmin qızla bərabər olmaq üçün əvvəlki sevgilisini öldürmək istese də bu uğursuz alınır ve özünün ğlümündən sonra o qadın da ölmüş olur. Matilda isə sevgisini itirmiş olur.


Оноре де Бальзак 'Отец Горио'
Əsər qızlarını istəyən atadan bəhs edir. Ata, bütün ömrü boyu qızları üçün çalışmış, onlara bahalı cehiz vermiş, xöşbəxt ailə qurmalarına şərait yaratmışdır. Lakin buna baxmayaraq ölüm ayağında olarkən qızların heç biri atanın yanına gəlmir. Ona kübar cəmiyyətində özünə yer tapmaöa çalışan və atanın qızlarından birini sevən gənc bir tələbə dayaq olur.


Оноре де Бальзак 'Евгения Гранде'
Bu əsərdə yazıçı Paris qadınlarının necə sevmələri ilə yanaşı, o dövrdə varlı adamların xəsisliyini, ikiüzlülüklərini də təsvir edir. Evqeniya öz əmisi oğlunu ilk görüşdəcə sevir, ona bütün pullarını verir, dərdinə şərik çıxmağa çalışır. Lakin Sharl kasıb olarkən onu sevsə də sonradan var-dövlət, yüksək titul, vəzifə bu sevgiye son qoyur və başqa qadınla evlənir. Hətta bundan sonra da Evqeniya onu sevməkdə davam edir. Məzmun etibari ilə 'Блеск и нищета куртизанок' əsəri ilə oxşardır.


Оноре де Бальзак 'Блеск и нищета куртизанок'
Maraqlı, məhəbbət mövzusunda yazılmış bu əsər aristokratiya dövründə qadınların necə ehtirasla sevmələrindən bəhs edir. Ester sevgilisinin yolunda hər bəlaya dözür, Lyusen'e görə başqa varlı adama ərə gedib ona pul toplayır. Sonda özünü onun uğrunda həlak edir ki, sevgilisi başqası ilə evlənib xöşbəxt ola bilsin. Lyusen həbsxanaya düşür və ifşa olunmaqdansa intihar etməyi üstün tutur. Əsərin mənfi cəhəti mənim fikrimcə ondadır ki, yazıçı hadisələrin təsvirinə həddindən çox yer ayırıb, ümumi həcmin 2/3 hissəsi hadisələrin təsvirirdir.


Ги де Мопассан 'Пьер и Жан'
dından da göründüyü kimi bu əsərdə iki qardaşdan bəhs edilir. Mopassan özü bunu roman hesab etməsə də, mən bu fikirlə razı deyiləm. Çox yaxşı əsərdir. Böyük qardaş Pyer həmişə kiçik qardaşı Jan'a qibtə edir, qardaşı böyük əmlakın varisi olandan sonra, hər ikisinin xoşuna gələn qızı istədikdən sonra ona qarşı paxıllığı daha da artır. Sonda biləndə ki, Jan onun doğma qardaşı deyil, dözə bilməyərək gəmide işə düzəlib başqa ölkəyə gedir. Baxmayaraq ki, Jan toy gününü onun qayıdacağı vaxta təyin edəcəyini söz verir, men inanmıram ki, o nə vaxtsa qayıda:


Ги де Мопассан 'Сильна как смерть'
Bu da çox gözəl məhəbbət romanıdır, bir rəssamın sevgisindən bəhs edir. Rəssam qadının portretini çəkərkən onu sevir, lakin qadın evli olduğundan ilk öncə onu istəyə bilməsə də, bir azdan onun sevgilisinə çevrilir, uzun iller gizli görüşürlər. Lakin qadın rəssamı bir gün öz qızı ilə tanış etməklə hər şeyi alt-üst edir. Rəssam həmin gənc qızda anasına olan sevgisinin ardını tapır, onu qısqanır və ona vurularaq bəlkə cavan vaxtı anasını istədiyindən də çox istəməyə başlayır. Təbii ki, qadın da bunu hiss edir, rəssamın necə əzab çəkdiyini görür, buna baxmayaraq ressamı istəməkdə davam edir, ölüm ayağında belə onu tərk etmir: Ümumiyyətlə, Mopassan'ın demək olar ki, bütün əsərləri məhəbbət mövzusundadır. Sanki o, sayı yüzlərlə olan sevgililəri ilə keçirdiyi həyatı öz əsərlərində bir də canlandırır.


Гюстав Флобер 'Госпожа Бовари'
Fransız yazıçısının bu məşhur əsəri dunyanın 100 məşhur əsərlərindən biridir. Əsər Emma Bovari'nin həyatından bəhs edir. Uşaq yaşlarından sevgiyə ehtiyacı olduğundan ilk rastına çıxan Sharl ilə ailə həyatı qurur. Bir müddət onunla birgə yaşadıqdan sonra Sharl'ı heç sevmədiyini başa düşür və Rodolf'la tanış olur. Rodolf onu tərk etdikdə isə onu Leon əvəz edir. Sonuncu məhəbbət macərası isə faciə ilə tamamlanır. Borclarını ödəməyə pulu qalmadığından və xəcalət üzündən özünü zəhərləryir. O öləndə isə onun üçün yalnız Sharl ağlayır, nə Rodolf, nə də Leon'un veclərinə gəlmir. p.s. tipik 'Anna Karenina' əsəridir. Axı niyə bu qadınlar həmişə ehtiraslarının qurbanına çevrilirlər?! Niyə, axı niyə? Bir az sevgi, bir az da sədaqət istəyirik də sizdən, neujeli bu çoxdur?


Гюстав Флобер 'Саламбо'
Bu isə o qədər de yaxshi eser deyil, oxumağa məsləhət görmürəm. Müəyyən qədər mistik-fəlsəfi janrda yazılmış bu əsərdə karfaqenliler ilə varvarlar arasında gedən müharibədən behs edilir. Sonda karfaqenlilər qalib gəlirlər, lakin Salambo rəqibin başçılarını istədiyindən onun ölümünə dözməyib o da olur.


Жорж Санд 'Индиана'
Bu Жорж Санд'ın ilk əsəridir, hansı ki, ona məşhurluq gətirdi. Əsərin maraqlı süjeti var. Indiana adlı gənc bir qadın öz qoca ərindən bezib, hər zaman həyatının dəyişəcəyi anı gözləyir. Ilk olaraq sevdiyi şəxs isə onun en yaxın rəfiqəsini aldadıb onun ölümünə səbəb olmaqla yanaşı Indiana'nı da aldadır. Sonda, ən çətin anda onunla hər zaman birlikdə olan kuzeni ona sevgisini etiraf edir və onlar sona qədər birlikdə yaşayırlar. Əsərin kuliminasiyasını Ralf'ın sevgisini etiraf etməsini hesab etmək olar.


Жорж Санд 'Валентина'
Bu əsər isə əvvəlkindən daha maraqlıdır. Bu məhəbbət əsərinin digər əsərlərdən fərqi ondadır ki, əsəri oxuduqca başdan axıra kimi oxucunu ancaq sevgi hissləri buruyur. Valentina'nın uzun müddet görmədiyi bacısına olan sevgisi əsərdə Benedikt'ə olan sevgisi ilə birləşib Benedikt'in ölümünə qədər onun həyat mənbəyinə çevrilir. Жорж Санд bu əsərdə hadisələrin gözəl sonluqla bitməsi ilə yanaşı Benedikt və Valentina'nın faciəli sevgisini də oxucunun yaddaşına həkk edir.


Жорж Санд 'Леоне Леони'
Bu əsər Жорж Санд'in öncüki iki əsərindən məzmun etibarı ilə tamamilə fərqlənir. Əgər 'Валентина' və 'Индиана' əsərləri sevgi hissləri ilə dolu idisə, bu əsəri oxuduqca oxucuda əsərin baş qəhrəmanına qarşı həm də nifrət hissləri yaranır. Maraqlı əsərdir, oxumağa dəyər.


Жюль Верн 'Таинственный остров'
Bu da mənim sevdiyim maraqlı əsərlərdən biridir. Əsər hava şarında qəzaya uğrayıb kimsəsiz bir adaya düşən 5 nəfərdən bəhs edir. Onların muhəndis, jurnalist, gəmiçi olması çətin anlarında köməklərinə çatır. Eyni vaxtda onlara gözəgörünməz 'quvvə' də kömək edir. Sonda isə bu 'quvvə'nin kapitan Nemo olduğu məlum olur.


Проспер Мериме 'Арсена Гийо'
Bu XIX əsr fransız yazıçısının novellaları onun yaradıcılığının 2'ci dövrünü əhatə edir və bu novella demək olar ki, Merime'nin yadda qalan sonuncu uğurudur. Əsərin qəhrəmanı ehtiyac üzündən pis yollara düşür, son ümidi keçmiş sevgilisi olsa da varlı himayəçisi ona bunu qadağan edir. Əsər Arsena'nın həlak olması ilə tamamlanır.


Проспер Мериме 'Кармен'
Merime'nin çox saylı novellaları içərisində bu demək olar ki, ən maraqlısı və yadda qalanıdır. Ətrafında quldur-qaçaq təbəqəsinin olması Karmen'in bütün xarakterinə təsir göstərsə də onda bir sıra gözəl xasiyyətlər də var. Səmimilik və düzgünlüklə yanaşı sevgi hisslərinə də malik olan bu qadın öz azadlığını hər şeydən üstün tutur. Sonda azad yaşaması naminə Don Xose'ni sevməkdən imtina edir və o qəzəblənib Karmen'i qətlə yetirir.


Проспер Мериме 'Аббат Обен'
Bu qısa bir novelladır. Bu əsəri ilə müəllif bəlkə də insanların yaxşılığa biganə qalmalarını göstərmək istəmişdi. Həyat yoldaşı ilə birlikdə kəndə yaşamağa gələn bir qadın yaxınlıqda yaşayan abbatın onu sevməsindən ehtiyat edərək dayısından ona başqa yerdə iş verməyi xahiş edir. Dostuna olan məktubunda abbat, qadının bu hərəkətinə təəcübünü bildirir və öz yeni həyatını yaşamağa başlayır.


Проспер Мериме 'Переулок госпожи Лукреции'
Bu novella da özünəməxsus qəribəliyi ilə seçilir. Bir evdə yaşayan qadın hər gün müxtəlif kişiləri qəbul edir və bir gün səhvən öz qardaşının da yanına çagırır. Bunu biləndən sonra özünü asır. Həmin şəhərdə qonaq alan bir şəxs bir gün həmin evdə qadın yaşadığını görüb Lukresiya'nın sağ olmasından şübhələnir. Sonda dostu ona həmin qadının sevgilisi olduğunu açıqlayır və onunla birlikdə başqa şəhərə yaşamağa gedir.


Проспер Мериме 'Локис'
Bu da maraqlı, sonu gözlənilməz şəkildə qurtaran bir novelladır. Qraf Shemet adlı bir şəxsdən bəhs edir, hansı ki, toy günü öz həyat yoldaşını qətlə yetirib qaçır. Qəribədir, deyilmi?