На главную
 

Rus ədəbiyyatı.

Федор Достоевский "Преступление и наказание"
Bu çox maraqlı, 6 hissədən ibarət olan romandır. Qismən faciə, qismən də fəlsəfi janrda yazılıb. Достоевски'ni tanımaq üçün elə bu əsərden başlamaq olar. Əsər cinayət törəmiş Раскольников adlı gənc oğlandan bəhs edir. Ilk vaxtlar etdi cinayəti heç kimə deməsə də vicdanı ezab verir ona, sonda boynuna alır. Sevgilisi Соня isə onunla yaşamaq üçün Раскольников'un 7 illik həbsxana həyatını onunla birgə yaşamağa qərar verir. Digər yazıçılardan fərqli olaraq Достоевский hadisələri oxucuya elə çatdırır ki, uzun uzadı təsvirə ehtiyac qalmır.


Федор Достоевский 'Униженные и оскорбленные'
Bu əsər dahi Достоевски'nin olduğundan şərh etməyə ehtiyac yoxdur. Əsərdə Достоевски sözün əsl mənasında alçaldılmış və təhqir olunmuş bir ailəni təsvir edir. Atanın qürur hissi qızını bağışlamaga yol verməsə də, ona olan sevgisi bu hissə qalıb gəlir. Sonda Наташа ailəsinə qayitsa da Ваня öz sevgisini həmişəlik itirmiş olur.


Лев Толстой 'Анна Каренина'
Tolstoy'un bu məşhur faciə əsəri sevgilisinə görə uşağı və ərini tərk edən qadından behs edir. Belə hallarda əksər vaxt sonluq yaxşı bitməyindən bu dəfə de belə olur. Anna Vronskiy ilə də xöşbəxt ola bilmir və sonda çarəsizlikdən intihar edir. Əsərde Levin və Kiti obrazları daha çox xoşuma gəlir.


Михаил Булгаков 'Мастер и Маргарита'
Bu o qədər də maraqlı əsər deyil, çox az adam tapılar ki, bu əsəri sona qədər oxumağa hövsələsi çatsın. Şəhərdə sehrbaz-gipnozçu peyda olur və bunun nəticəsində xeyli adam müxtəlif səbəblərdən dəli olur. Lakin sonda Marqarita'nın arzusunu yerinə yetirib onu sevgilisi ilə qovuşdurur.


Александра Маринина 'Я умер вчера'
Əsərin qəhrəmanı bir veriliş aparıcısıdır. Bir gün verilişin iki işçisi öldürüldükdən sonra bilir ki, öz həyat yoldaşı onu öldürmək üçün killer tutub. Sonda bunun yalnız ubhe oldugunu, inandigi bir adamin ise cinayetkar oldugunu bilende artiq gec olur.


Александра Маринина 'Призрак музыки'
Bu dəfə cinayəti törədən şəxs barədə ancaq onun cinayeti törədən zaman Mendelson'a qulaq asdığı bilinir və bunu isə yalnız kor uşaq eşidib. Əsəri oxuduqca cinayətin üstünün yalnız bu amillə necə açılacağına maraq yaranır. Oxuduqca özüm də tapmaq istəyirdim çıxış yolunu.


Александра Маринина 'Седьмая жертва'
Bu əsər də Маринина'nın əvvəlki əsərləri kimi maraqlı idi. Cinayətkar-manyak plan ilə bir-birinin ardınca 6 adamı öldürür. Bununla bərabər Настя Каменская və Татьяна Образцова'da qorxu hissi yaranır ki, onlar növbəti qurban ola bilərlər. Lakin Каменская bunu vaxtında başa düşür və 7-ci cinayətdə manyakı həbs edirlər. Maraqlı əsərdir, oxumağa dəyər.


Александра Маринина 'Шестерки умирают первыми'
Bu da maraqlı əsərdir. Hadisələr elə qurulur ki, killer ilə günahsız qurban bir müddət bir yerdə olurlar. Əsəri diqqətlə oxuduqca hadisələrin nə ilə qurtaracağını təxmin etmək olar.


Борис Акунин 'Азазель'
Bu, Akunin'in əsərlərindən oxuduğum ilk əsər idi və mən deyərdim ki, onun diğər əsərlərini oxumaq üçün bu əsər məndə kifayət qədər maraq yaratdı. Эраст Фандорин adlı cavan bir müstəntiq baş vermiş intihar hadisəsini araşdırarkən Azazel adlı bir qrupu aşkar edir, hansı ki, yetim uşaqları, xüsusi məktəblərdə boyüdüb məşhur insanlar edərək öz məqsədləri üçün istifadə edirlər. O, bütün cinayətlərin üstünü açır, lakin sonda toy günü sevgilisi həlak olur.


Андрей Воронин "Пророк"
Bu bir boevik janrında yazılmış əsərdir, ola bilsin bəzi insanlar məhz bu janrda əsərlər oxumağa üstünlük verirlər. Eserde Çeçenistan'dan qayıdan xüsusi təyinatlı dəstədən söhbət gedir. Hansısa bir kəskin snayper bir birinin ardınca onları öldürür. Sonda isə məlum olur ki, bu, oğlanlarının intiqamını alan bir qadındır. O qədər də yaxşı əsər deyil.