Turk ədəbiyyatı.
Neşe Cehiz "Olmasa senin de adın"
Yazıçının özünəməxsus stili var. Zəlzele zamanı her kesini itirmiş bir kişi öz heyatının genc bir qadın jurnaliste danışır. O danışdıqca genc qız da öz heyatı ile Hasan Pürtelaş'ın heyatında ne qeder oxşarlıqlar olduğunu anlayır.
Ahmet Altan "İçimizde bir yer"
Mən bu kitabı oxuyanda kitab 1000000 ədəd satılsa da bunun səbəbi kitabın maraqlı olması deyil, sadəcə Tirkiyə'də ilk dəfə olaraq hamının ala biləcəyi ucuz bir qiymətə satılması idi. Əsərdə yazar müxtəlif mövzuda olan həyat hekayələrini toplayıb. Ən xoşuma gələnlər "Eski şehirde", "Gel ve al", "Çöl sevişmeleri" oldu.
Hamdi Koç "Çocuk ölümü şarkıları"
Yazarın özünün də dediyi kimi, hər bir insanın həyatının bir anında yazmaq istədiyi, ancaq yaza bilmədiyi bir kitabdır bu. Bizdə nə dərəcədə oldugunu bilmirəm, ancaq dünyada ana ¨C oğul münasibetləri bəzən çox fərqli, karmaşık olur. Əsərdə anası ilə tək yaşayan, sevgilisini, dostlarını tərk etmiş, təhsilini yarıda buraxmiş gəncin iç dünyasını anlamaq çətin oldu mənə. Anası xəstələnəndə onu xəstəxanaya aparmasa da özü bir müddət sonra xəstələnəndə ona qulluq edən, yenidən ayağa qaldıran yenə anası olur. Əsərin adı ilə əsərin məzmunu arasında bağlantı qura bilmədim.
Hamdi Koç “Melekler erkek olur”
Həyatım boyu oxuduğum kitablar arasında bir neçəsi vardır ki, illər sonra o əsərləri, kitabları 2ci, 3cü dəfə oxuyuram. Bu əsəri yenidən oxuduğumda daha öncə oxuduğumu heç hiss etmədim də. Həyatda hər şeyə, təhsil, karyera, var-dövlət, və ailəyə sahib gənc bir insanın daxili aləmini əks etdirir yazıçı bu romanında. Qarşılaşdığı gözəl qadınla birlikdə olub həyat yoldaşına xəyanət edib etməyəcəyində, bu şansdan istifadə edib etməyəcəyində göstərdiyi qərarsızlıq, mənə görə sonradan baş verəcək hadisələrin səbəbi olacaq, həyatının dəyişməsinə yol açacaqdır. Bir qadına görə ailəsini dağıtdığını qəbul etməsə də sanki qəlbinin dərinliklərində günahkar olduğunu da başa düşür. Buna baxmayaraq, yenə də müəyyən prinsipləri vardır həyatda. Bu insanın – mələyin, bunca il sonra ailəsin dağıtmaqda, xəyallarının dalınca getməsində nə qədər haqlı olduğuna qərar vermək isə oxuyucuya qalır.
Hamdi Koç “İyi dilekler ülkesi”
Macərapərəst bir gəncin həyatından bəhs edilir bu maraqlı romanda. İlk səhifələrdə etdiyi hərəkətləri ilə oxucunun dərin nifrətini qazanacağı, detektiv – cinayət janrında bir əsər oxuyacaqlarını düşündürəcəği şübhəsizdir. Ancaq kitabın ortasına gəldikcə bu düşüncələr öz yerini əsər qəhrəmanının atdığı hər addımı izləyən, səhifəni tez oxuyub o biri səhifətə keçmeye səbrsizlənən bir marağa buraxacaqdır. Və yazıçı yaratdığı bu marağı əsərin finalına qədər oxucuda tutmağa nail olacaqdır. Macərasevər bütün insanların keyflə oxuyacağı bir əsər.
Mehmet Rauf "Eylül"
Sonundakı faciə ilə yaddaşımda qalan bu əsər Turkiyə'nin 100 məşhur romanlarından biridir. Əsərdə müəllif, Necib adlı bir gənc ilə kiçik bir ailəni qarşılaşdırır və bu subay gəncin həmin məsut ailənin xanımı Suad'a olan sevgisini, hisslərini anlatır. Yalnız yaşamağa öyrəşən, qadınlardan uzaq qaçan Necib, Suad ve Süreyya'nın bir birinə olan sevgilərini görüb özünün də Suad kimi həyat yoldaşı olmasını arzu edir. Bu arzu isə həm özünün, həm də həmin ailənin məhvinə səbəb olur.
Tuna Kiremitçi "Bu işte bir yalnızlık var"
Musiqi ile iç-içə olan gənc bir bəstəkarın həyatından bəhs edilir bu əsərdə. Memet həyat yoldaşından ayrıldıqdan sonra özəl dərs verərək yanlız həyatını yaşayır. Bu həyatının bir üzündə həftə sonları qızı ile görüş, evi tərk etmiş dostunu axtarışlar, bir üzündə isə yalnızlık və musiqi var. Dostuna xəyanət etməyib Ayşe ilə birlikdə olmasa da bunu doğru edib etməmdiyindən əmin deyil.
Gənc yazıçının bu əsərinin çatışmayan cəhəti, əsər boyunca fərqli hadisələri bir yerdə təsvir etdiyi üçün əsərin bir az qarışıq olmasıdır.
Tuna Kiremitçi "A.Ş.K neyin kısaltması?"
Gənc yazıçının digər əsərləri ilə tanış olub onu sevdiyim üçün, yazıçının öz oğluna həsr etdiyi, bir az da avtobioqrafik xarakterli bu romanını sevə-sevə oxudum. Aylarca Türkiyədə ən çox satılan kitablar sırasında 1ci olan bu kitabda yazıçı həyatında baş verən hadisələri kiçik hekayə-məqalələr şəklinde anlatırkən eyni zamanda bunlarla əlaqəli öz fikirlərini də oxuyucuya çatdırır. Qadın-kişi münasibətləri, qadın psixologiyası, sevgi, yazıçılıq və bəzi başqa mövzularda fikirlərim yazıçının fikirləri ilə üst-üstə düşürdü. Yazıçı bu hekayələri dünyada, xüsusən də Türkiyədə baş verən hadisələrdən misal gətirərək zənginləşdirir, bu sayədə oxuyucuya fikirlərini daha asan çatdırmış olur. Qısa bir zamanda oxuyub bitirərkən keyif aldığım əsərlərdən biri oldu bu əsər. Tuna Kiremitçini daha yaxından tanımaq istəyənlərə məsləhət görürəm.
Tuna Kiremitçi "Git kendini çok sevdirmeden"
Yağışlı bir gündə, pəncərə kənarında oxuduğum bu maraqlı roman məni o qədər celb etmişdi ki, bitməsini istəmirdim. Yazıçının digər əsərlərini oxuduğum, sevdiyim üçün bu əsərini də sevəcəyimi daha oxumadan öncə bilirdim. Əsərin qəhrəmanı bir qəzada oğlunu itirən Arda olsa da əsər boyunca onun qədər qardaşı Fırat və ilk sevgisi Ertuğrul da ön plandadırlar. Əsərin ümumi məzmunu sevgi üzərində qurulsa da, oxuduğum zaman bir hüz¨¹n bürümüşdü məni. Əsəri oxuduqca qarşıma çıxan sürpriz hadisələr bu hüz¨¹nü artırsa da ən sonda Ardanın doğru qərar verməsi ilə içimdə olan bu hüz¨¹n yerini, əsəri belə sonlandırdığı üçün gənc yazıçıya olan təşəkkür hisslərinə buraxdı...
Tuna Kiremitçi “Yolda üç kişi”
Xəyali yolda gedən 3 fərqli insanın həyatından bəhs edilir bu romanda. Yazıçı, ayrı bölmələr şəklində onların həyatını anlatırkən, bir yandan da bir-birləri arasında əlaqəni də qurur eyni zamanda. Əsərin qəhrəmanları haqqında ilk bölmədə oxuyucuya qaranlıq qalan, fərqli düşüncələrə səbəb olmağa yol açan təxminlər, sonrakı bölmələrdə aydınlığa qovuşaraq öz yerlərini tutur. Əsərin gözlənilməz finalı isə mənim kimi bir çox oxuyucunun da ürəyincə olacağına əminəm.
Ahmet Hamdi Tanpınar "Huzur"
Bu əsəri oxuyub bitirənə qədər fikirlərim bir neçə dəfə dəyişdi, əsərin böyük bir hissəsini oxumağıma baxmayaraq əsərin niye görə Türkiyənin 100 məşhur romanından biri olduğunu anlamamıştım. Ancaq əsərin son bölümlərini oxuduqca bir kitabsevənin oxuduğu kitabdan ala biləcəyi ən böyük həzzi aldım. Bunun səbəbini isə əsərin qəhremanlarından olan Mümtaz-ın həyatı ilə öz həyatım arasında oxşarlığında olduğunda deyə bilərəm. Mümtaz-la Nuran-ın bir yerdə olmasını çox istəyirdim, son anlara qədər bunun baş tutacağına Mümtaz qədəer mən də inanırdım. Gözlənilməyən bir hadisənin hər şeyi alt-üst etməsinə Mümtaz qədər mən də inanmadım, inanmaq istəmədim. Nuran-ın simasında həyatda heç bir qadının heç bir kişini ürəkdən və sona qədər sevə biləcəyinin mümkün olmayacağına bir daha əmin olduğum (!) kimi Macide-nin İhsan-ı necə sevməsinə, hər an yanında olub dəstəkləməsinə bir o qədər də heyran oldum. Çoxlu gözəl fikirlerin, üsyan ve sevgi hisslərinin, XIX əsr İstanbul mənzərələri və Boğaz limanları ilə birləşdiyi bu əsəri, yazıçının özünün də istədiyi kim, "yavaş-yavaş, içlərinə ala-ala oxuyanların bu əsərdən inanilmaz həzz alacaqlarına, Ihsan-ın sağalmasını, Mümtaz-la Nuran-ın bir yerdə olmasını mənim kimi istəyəcəklərinə əminəm!
Orhan Pamuk "Yeni hayat"
Əsərin tarixi əsər olduğunu kitabın sonunda müəllifin əsərdə istifadə etdiyi tarixi hadisələri hansı mənbədən aldığını izah edən yazısını oxuyunca anladım. Venedikt-dən Napoli-yə gedərkən, bir İtalyan, Türklərə əsir düşüb İstanbula gətirilir. Astronomiya bilgisi sayəsində zindanda o biri əsirlər qədəer eziyyət çəkməsə də, sultan bir gun onu bir bilim adamina verir. Ve bütün həyatı özünə bənzəyən, fikirlərinin, hisslərinin eyni olduğu bu müəllimiyle keçir. Əsər sonlara qədər oxuyucuya yetərli qədər maraqlı gələcək, əsərin sonlarını anlamaq üçün isə bir az diqqətli oxumaq lazımdır. Kitabı oxuduqca rastıma çıxan başqa bir maraqlı məqam isə, məndən önce kitabı oxuyan oxucunun kitabda işarələdiyi maraqlı fikirlərin mənim də diqqətimi cəlb edən fikirlərlə eyni olması idi..
Orhan Pamuk "İstanbul: hatıralar ve şehir"
Bu kitabı oxumaqda məqsədim, həm illərcə yaşadığım İstanbulun keçmişini öyrənmək, həm də sevdiyim yazıçılardan olan Orhan Pamuk-un uşaqlıq və gənclik illəri ilə tanış olmaq idi. Teoman-ın "İstanbulda sonbahar" mahnısını kəşf etdiyim günlərdə oxuduğum bu əserdə yazıçı ilə özümün arasında oxşar cəhətlərin olduğunu gördüm; onun kimi uşaqlıqda utancaq idim, eyni universitetdə tehsil almış, onun keçdiyi yollardan mən də keçmiş, sevgimi onun kimi mən də bu şəhərdə itirmişdim.
İstanbulda daha öncə yaşamış olan oxucular üçün çox maraqlı olacaq bu kitab: oxuduqca indiki İstanbul ile 50-60-cı illərin İstanbulu arasındaki fərqi gördüm, yazıçının təsvir etdiyi bütün yerlər: Eminönü, Galata Körpüsü, Taksim, Tarabya, Beşiktaş ve Taşkışla, hamısı bir bir gözümün önündən gəlib keçti. Yazıçının xatirəlerini oxuduqca sanki özümün də bu şəhərdə doğub böyüdüyümü hiss etdim. Kitabda yazıçı o illerin İstanbulunu tesvir etdikcə, fotograflardan da istidadə edib ki, bu da hər şeyi daha ətraflı şekildə təesəvvür etməyə imkan verir. Kitabın daha bir yaxşi terəfi də sonunda verilən siyahıdır; kitabda adi çəkilən səmti bu siyahı ile asanlıqla tapmaq olar.
Orhan Pamuk "Beyaz kale"
Əsərin tarixi əsər olduğunu kitabın sonunda müəllifin əsərdə istifadə etdiyi tarixi hadisələri hansı mənbədən aldığını izah edən yazısını oxuyunca anladım. Venedikt-dən Napoli-yə gedərkən, bir İtalyan, Türklərə əsir düşüb İstanbula gətirilir. Astronomiya bilgisi sayəsində zindanda o biri əsirlər qədəer eziyyət çəkməsə də, sultan bir gun onu bir bilim adamina verir. Ve bütün həyatı özünə bənzəyən, fikirlərinin, hisslərinin eyni olduğu bu müəllimiyle keçir. Əsər sonlara qədər oxuyucuya yetərli qədər maraqlı gələcək, əsərin sonlarını anlamaq üçün isə bir az diqqətli oxumaq lazımdır. Kitabı oxuduqca rastıma çıxan başqa bir maraqlı məqam isə, məndən önce kitabı oxuyan oxucunun kitabda işarələdiyi maraqlı fikirlərin mənim də diqqətimi cəlb edən fikirlərlə eyni olması idi..
Adnan Binyazar "Ölümün gölgesi yox"
Həyatım boyunca oxuduğum yüzlərcə kitab arasında bu kitabın yeri mənim üçün xüsusi olacaq. Bir gecədə oxuyub bitirdiyim bu əsərdə həyatda ola biləcəyinə inanmadığım, hər zaman axtarışında olduğum sevgini, əbədi sevgini, əbədi qadın sevgisini, bir qadının kişisinə qarşı olan sonsuz sədaqətini nəhayət ki, bu əsərdə tapdım.
Dəfələrlə oxusam da, oxumağa doyamayacağım bu əsərdə yazıçı, bir Anadolu kəndində müəllimliyə başlayan gənc ilə şagirdi arasında keçən sevginin simasında həyat yoldaşı ilə keçirdiyi ömrü anlatır. O zamanın çətin şərtlərində bir-birlərini sevərək birlikdə olduqları sevginin işığı Filiz-in gözlərinin işiğının sönməsi ilə birlikdə sönür...
Məmə kanserinə dəstək olduğum günlərdə oxumuşdum bu əsəri, bu amansız xəstəliyin sevgi, mərhəmət, gözəlik dolu bir qadını addım-addım ölümə necə götürdüyünü, qürbətdə bütün çətinliklərə baxmayaraq hər şeyi unudub ancaq həyat yoldaşının sağalmasını diləyən Adnan-ın əzmini, səbrini oxuduqca tuta bilməmiştim göz yaşlarımı... Sevgini, əsl sevgini axtaranlara meələhət görürəm, mütleq oxuyun bu əsəri!
Adnan Binyazar "Masalını yitiren dev"
Müəllifin ilk romanı olan bu əsər avtobiyoqrafik olub, uşaqlıq ve ilk gənclik illərini ehatə edir. Öncəki əsərini oxuduqdan sonra 70 yaşlı bu yazıçının həyatı haqqında, rastlaşdığı çətinliklər haqqında təsəvvürüm olduğundan bu əsər mənə yad gəlmədi. Əsəri oxuduqca bütün bunların ola biləcəyinə inanmaqda gülcük çəktiyim bu hadisələri müəllif çox canlı bir şəkilde, axıcı bir dil üslubunda təsvir edir. Uşaqlıqda gülmə krizləri, kitab sevgisi kimi oxşar cəhətlərimizin olduğu bu müəllifin, illər sonra həyat yoldaşı sağalmaz xəstəliyə tutulanda yanından bir an olsun belə ayrılmamasını, sevgisini esirgəməməsini və ən əsası isə ümidini heç zaman itirməməsi məncə hər insan yox, həyat imtahanının bu çətin sınaqlarından keçib ayaqda durmağı bacaran bir insan bacara bilər.
Peyami Safa "Dokuzuncu Hariciye koğuşu"
"Ben Peyami'nin bu son romanını 3 defa okudum, 30 defa da okuyabilirim ve okuyacağım" deyən Nazim Hikmət'in bu sözlərində həqiqət olduğunu əsəri oxuduqdan sonra mən də anladım, sizlər də anlayacaqsiniz. Daha gənc içən ömrünün bir hissəsi xəstəxanalarda keçən gəncin keçirdiklərini, buna bənzər hadisələri yaşadiğim xəstəxana həyatını tanıdığım üçün çox yaxşı başa düşdüm. Daha sonra, bu romanın olmuş bir hadisə, həmin gəncin isə yazıçının özü olduğunu bildikdən sonra romana bir də başqa "pəncərədən" baxdım. Yazıçının, romanın son səhifəsindəki "büyük bir hastalık geçirmeyenler her şeyi anladıklarını iddia edemezler" sözləri ilə tamamilə razılaşdığım bu roman oxuyuculara yaşadığımız həyatın bizə verilən necə böyük zənginlik olduğunu, xüsusən də sağlam olmağın heç bir var-dövlət ilə əvəz oluna bilməyəcəyini bir daha xatırlatmaq istəyir...
Peyami Safa "Selma və gölgesi"
Bu əsəri o qədər də bəyənməsən də oxuduğum kitabı yarıda buraxmaq adətim olmadığım və yazıçıya olan hörmətimdən sona qədər oxumağa qərar verdim. Atasının ölümündən sonra dünyadakı bütün kişilərə nifrət edən Selma'nın həyat yoldaşları bir-birinin ardinca intihar edirlər. Və bunun bir təsadüf yoxsa qanunauyğunluq olduğunun sirrini əsərin sonlarına qədər gizli saxlamağa nail olur bu klassik ve böyük Türk yazarı.
Yılmaz Karakoyunlu "Salkım Hanımın taneleri"
Klassik Türk romanlarından biri olan bu əsərdə hadisələr İstanbulda Lütfi Kırdarın vali olduğu, Cümhuriyyetin 20-30cu illerəndə cərəyan edir. Dövlətin çıxartdığı "varlık vergisini verə bilməyən yüzlərlə zəngin insan bir anda qazamata sürgün edilirlər. Yazıçı, türk dilinin zənginliyindən istifadə edərək yazdığı bu əsərində Cümhuriyyet dönəmindəki yaşamı, zəngin-kasıb münasibətlərini və ən əsası mədəniyyətlər şəhəri olan İstanbulun o dövrkü həyatını təsvir edir. İstanbulu tanıyan hər bir oxucunun gözləri önündən o illərin Beyoğlusu, villaları, vapurları gəlib keçir. Əsərdə diqqət etdiyim bir məqam isə bir otel sahibinin o otelde işləyən bir fahişəyə göstərdiyi münasibət idi. Çox nadir insanlarda rast gəlinə biləck bu münasibəti, yazıçı əsərində göstərməklə sanki həyat nə qədər çətin olsa belə, bu cür insnaların olduğunu da vurğulamaq istəmişdır.
Aziz Nesin "İstanbulun halleri"
Dünyaca məşhur bu Türk romancısının məktəb illərində qısaca tanış olduğum əsərlərini saymazsam, bu oxuduğum ilk əsəri idi. Kitabın satışlarından əldə edilən bütün gəlirlərin Aziz Nesin Fonduna bağışlanacağı bu kitabda yazıçı İstanbulun müxtəlif "hallar"ını anlatır. 50-60 il öncəki İstanbul ilə indiki İstanbul arasında xeyli fərq olsa da, kitabdakı kiçik hekayələri oxuduqca insanın bunlara inanası gəlmir. Bir az da satirik dildə yazılmış bu hekayələri oxuduqca düşündüm: görəsən buna oxşar Bakının halları kitabı yazılsaydı, kitaba hansı hekayələr düşərdi?
Gani Müjde "Dijital saadet olmaz"
Müəllif bu kitabında Türkiyə'nin günlük həyatında baş verən hadisələri satirik üslubda qələmə almışdır. Ən maraqlı yazısının əsərin adı ilə eyni adı daşıyan yazı olduğunu deyə biləcəyim bu kitabdakı bütün yazılar insanda həm heyrət hissləri oyadır, həm də üzündə bir təbəssümə, bir gülüşə səbəb olur.
Ferhan Köroğlu "Tavuk suyuna çorba"
Təxminən 40-45 seriyadan ibarət olan bu kitablarda müəllif bir çox mövzuda ibrətamiz hekayələri toplamışdır. Kitabın girişindəki "Gelin çiçek derelim" hekayəsini daha çox bəyəndiyim bu kitabda sevgi, valideynlik, müəllimlik maneələri dəf etmək üzərinə bir sıra maraqlı hekayə vardır.
Emin Çölaşan “Şu benim qazeteçilik…”
30 illik jurnalist olan Emin Çölaşanı hər gün Hürriyet qazetində oxuduğum məqalələrindən tanıdığım üçün kitabın da maraqlı olacağını bilirdim. Bəzən gülərək, bəzən isə heyrət edərək oxuduğum bu kitabın qısa zamanda bitməməsini, müəllifin yaşadıqlarının hamısını bilmək istəyirdim. Kitabın sonunda müəllifin erməni əslli dostu ilə əlaqəli yazdığı yazısını oxumadım, qalan bütün yazıları çox maraqlı idi.
Tufan Türenç, Sefa Kaplan “O manşetler”
Hər bir manşetin, hər bir başlığın öz tarixi, öz hekayəsi vardır. 59 illik keçmişə sahib olan Hürriyet qazetinin uzun müddət unudulmayan, yaddaşlardan silinməyən 59 manşetinin “hekayəsi”ndən bəhs edilir bu kitabda. Bəziləri xəbəri yazan jurnalist, bəziləri isə kitabı ahzırlayanlar tərəfindən yazılan bu manşetlərin hekayələrini oxuyarkən Hürriyet qazetinin keçmişdən bu yana gəldiyi yol, seçdiyi siyasət, yazı dili və başqa ünsürlərin necə dəyişdiyinə də şahid olmaq mümkündür. İllər öncə məhdud texnologiya imkanları ilə yazılan xəbərlərin, çəkilən şəkillərin həyəcanını gənc bir foto-müxbir olaraq hiss edə bildim. Xüsusilə jurnalistika ixtisası üzrə təhsil alan bütün insanlara bu kitabı oxumağı məsləhət görürəm.