Qarabağ
Əziz ata, salam!
Necəsən? Nə var, nə yox?
Məndə hər şey həmişəki kimidir. Amma çox soyuqdur. Qış gəlib. Tezliklə qar yağacaq, soyuq daha da şiddətlənəcək. Tək olanda – soyuğu bərk hiss edirəm!
Ayrılığımızın 13 ili tamam oldu. Mən sənə çox yazırdım. Sənsiz keçən həyatımı başa salırdım.Amma sən mənim məktublarımı almamısan.
Bəlkə almısan, amma heç oxumamısan. Kim
bilir, bəlkə məsləhət
belə imiş. Ancaq, bilirəm ki, oxusaydın
vicdan əzabi çəkərdin, narahat olardın.
Men sənin oğlunam ve her şeyi başa düşürəm
sənin üçün ağır olardı və yəqin ki, xoşuna gəlməzdi. Ona gorə də çox vaxt
susuram ve özümü ele aparıram ki, guya mən
hər şeyə dözə bilirəm.
Həqiqətən hər şey normaldır. Artıq
–normaldır. Sən məni satandan sonra,
mən onların dilində danişmağı
öyrənmişəm. Indi mən təkcə
onların dilində danışıram. İlk zamanlar
çətin idi. Mənə deyirdilər ki, ana
dilimizi unuda bilmərəm, çünki genetik
əsası var dilimizin. Ancaq sən o dili
amansız məhv edirdin, dağıdırdın.
Ata, sən istəyirdin ki, mən çoxlu
dillərdə danışa bilim. Bu
həqiqətdir. Bunu mən unutmaram.
Sən o biri uşaqlarını da məcbur edirdin ki,
kələ-kötür də olsa, muxtəlif
dillərdə danışsınlar. Qonaqların
xətirinə dəymək istəmirdin.
Mən təəccüblənirdim. Öz - özümə deyirdim ki, axı niyə qorxmalısan, qonaqlar yox?
Niyə onlar ev yiyəsinin dilində
danışmağı öyrənmirdilər? Eh…Bizdə
həmişə her şey tərsinə olurdu!
Mən isə hamıdan ibrət dərsi
götürürdüm…Çalışırdım hamı ilə onların
dilində danışım. Deyirdim ki, qoy
inciməsinlər. Qoy deməsinlər ki,
lovğalanıram.
Ata, xiffət çəkmə, men həmişə
başa düşürdüm. Sən mənə “hamıdan
qəşəngsən, sevimlisən,
istedadlısan” demirdin. Ancaq buna baxmayaraq
dərk edirdim ki, mənim ailədə
xüsusi yerim var. İndi oturub fikirləşirəm
ki, axı mənim nəyimə lazım idi bu
gözəllik, bütün bu təriflər?
Gözəlliyim başıma bəla oldu, ata!
Ətrafdakıları qıcıqlandırırdı mənim
gözəlliyim. Elə paxıllıq edirdilər ki,
sanki dünyanın yarısını alt-üst etdi mənim
gözəlliyim. Heç kəsə qalmadı, heç
kimə nəsib olmadı. Ata, mənim
gözəlliyimə bu da azdır! Hamımıza bu da
azdır!
Bu 13 illik ayrılıq ərzində arıqlamışam,
kobudlaşmışam. O vaxtkı mehribanlığımdan
əsər-əlamət qalmayıb. Kim bilir,
bəlkə bu hərbi ciddilik mənə
daha çox yaraşır. Mən indi kişiləşmişəm
və kifirləşmişəm. Bu da
əbəsdir, ata! Heç bilmirəm
nəyimə lazımdır bunlar: kimi mən
qorxuda bilərəm belə kişiliklə?
Səni?
Ata, birlikdə olduğumuz günlər üçün
darıxıram… Biz ayrılandan sonra, mən hər
gecə müxtəlif yuxular görurəm. Yuxuda
biz bir yerdəyik. Doğma dilimizdə danışırıq.
Yuxuda mən çox sevincliyəm, yaraşıqlıam,
yaralarımın, işgəncə yaralarının yeri
bilinmir. Ata, yuxuda mən mahnı oxuyuram,
səsimin əks-sədası ruhumu oyadır!
Bilirsən, ata, mən sənə demək
istəmirdim, amma indi mənim adımı
dəyişiblər. Bagışla, amma mənə öz
adlarını veriblər. Indi mənim adım A…
ilə başlayır. Yox, yox ardını yazmayacam. Senin
xoşuna gəlməz. Sənin kefini pozmaq
istəmirəm. Sənin başın vacib
işlərə qarışıb, səni vacib
işlərdən ayırmaq istəmirəm.
Ümumiyyətlə, ola bilsin sənə
yazdığım məktub – büyük bir səhvdir! Nahaq
yere bunu sənə yazdým – səni vacib
işlərdən ayırdým. Amma, inan, ürəyim
bulanır! Ətrafda bircə dənə
də olsun doğma adam yoxdur. Hər
tərəfdə onlardır… Çalışırlar mənim
ruhumu dəyişsinlər, özlərinə
oxşatmaq istəyirlər. Ata, mənim
muqavimət göstərməyə taqətim
qalmayıb. Mən susuram ve bütün
təhqirlərə, rəzilliklərə
dözürəm. Mən öz halıma öyrəşmişəm
və manqurta çevrilirəm. Bilirsən ata,
13 il köölərimi qırıb atmağa kifayət deyil!
Lakin bu köklerin üstündə yeni nəsil
törətməyə 13
il yetər. Ola bilsin,
biz nə vaxtsa görüşdük, amma o vaxt sen meni
artıq tanımayacaqsan. Hərcmərclik ve
mənə edilən haqsızlıq mənim
şüurumda dərin və silinməz iz buraxıb.
Bax bunu mən sənə, ata, heç vaxt
bağışlamayacam!
P.S. Axmaq suala görə üzr istəyirəm –
bəs sən məni qaytarmaq
istəmirsən?
İmza: Sənin oğlun Qarabağ
|