На главную
 

Azərbaycan ədəbiyyatı.


Mübariz Cəfərli “Əkslər labirinti”
Bu romanı ilk dəfə 1999cu ildə oxumuşdum, 6 il sonra yenidən oxuyanda da yenə maraqlı idi, yenə eyni həvəslə oxudum. Şair-yazıçı Orxanın həyatından bəhs edən bu romanda Orxanın şəxsiyyəti, safürəkliyi, həyatında olan qadınlarla münasibəti oxuyucuya maraqlı olacaq. Əsərin yazı dili hamının anlayacağı dildədir, müəllifin, ədbi dildə olmayan, ancaq danışıq dilimizə keçmiş sözlərdən də istifadə etməsi sonucunda əsər daha da anlaşılır olub. Müəllifin vurğulamaq istədiyi məqam, yaşadığı zamanın şərtləri Orxanı Əhməd müəllim kimilərin köməyinə möhtac etsə də, onun öz prinsiplərindən, azadlığından vaz keçməyib mübarizə aparmasıdır.


Mübariz Cəfərli ”Üçbucaq”
Oxucunu 15-20 il öncənin Azərbaycanına geri götürəcək olan bu əsərdə yazıçı, əsərin qəhrəmanı olan gənc ilə xalası qızının ailə qurma planları ətrafında oxuyucuya bir sıra maraqlı hekayələri, hadisələri anlatır. Kəndə qaraçıların gəlməsi, Xatirənin başından keçən uğursuz evliliklər və başqa hadisələr sonunda gəlib əsas qəhrəmanla əlaqəli olur. Qəhrəmanın sepi unudub xalası qızına verməməsi, gecə kənd boyu ayaqyalın qaçması, evlilik işini həll etmək üçün şəhərə gəlib işdən icazə alması və anası ilə olan dialoqları əsərdə xoşuma gələn məqamlardan oldu.


Алибей Азери ”История одного портрета”
Müəllif bu əsərdə oxucunun diqqətini rəssamın sevgisi üzərinə yönəldərək, özünün din, Vətən, incəsənət haqqında olan fikirlərini oxuyucuya çatdırır. Müəllifin özünün də dediyi kimi, bir nəfəsə oxunulan bu əsəsrdə əsasən, gözəl Azərbaycan qızlarına dəyər verilməməsi və eləcə də Qarabağ problemi öz əksini tapıb.