На главную
 

Fərqli ədəbiyyatlar.


Стефан Цвейг 'Письмо незнакомки'
Mənim üçün bu 46 səhifəlik novellanın digər oxuduğum əsərlərdən fərqi odur ki, bu əsəri oxuyub qurtarandan sonra sanki 'şok' keçirtdim. Bunu isə söz ilə ifadə etmək çətindir. Əsər bir qızın ilk və son sevgisindən bəhs edir. Qız oğlana, qarşılıqı elaqənin nəticəsində dünyaya gələn uşağının ölümü günü məktub yazır ve bütün əsər bu məktubdan ibarətdir. Uşaq vaxtından məşhur yazıçını sevən bir qız bir müddət ayrılıqdan sonra oğlanı yenə görür, lakin o, qızı tanımır. 3 gecə bir yerdə vaxt keçirtdikdən sonra onlar ayrılırlar. Üstündən 10 il keçdikdən sonra onlar yenə görüşürlər, ancaq bu dəfə də oğlan onu tanımır. Bu müddet müddət ərzində qız hər il oğlanın ad günündə ona qızıl güllər göndərirdi. Bu məktubu oğlan ad günlərinin birinde oxuyur ve qızın son arzusunu yerinə yetirərək onun yerinə özünə gül alır:


Стефан Цвейг 'Нетерпение сердца'
Mən Sveyq'in bir neçə cildlərlə kitablarını oxumuşam və əminliklə deyə bilərəm ki, 'Письмо незнакомки' novellası olmasaydı bu roman onun şah əsəri sayılardı. Bu əsərin, oxuduğum digər bütün əsərlərdən fərqi ondadır ki, əsərin adı ilə məzmunu bir-birinə 100% uyğun gəlir. Dəhşətli dərəcədə maraqlı əsərdir və əsəri bir neçə hissədən ibarət olduğunu hesab etmək olar. Əsərde ondan bəhs olunur ki, hərəkət qabiliyyətini itirmiş Edit, gənc bir leytenantı dəlicəsinə sevir. Heç zaman sağalmayacağını bilsə də onunla birgə olmaq naminə hər möcüzəyə inanmağa hazırdır. Leytenant isə ömür boyu kimdənsə asılı olacağından qorxub onu sevə bilmir və bu Edit'in faciəli ölümü ilə nəticələnir.


Стефан Цвейг 'Кристина'
Свейг'in bu gözəl romanı müəyyən qədər 'Сестра Керри', müəyyn qədər 'Изгнанная из рая' əsərinə oxşayır. Əsərdə poçtda işləyən kasıb bir qızdan bəhs edilir. Muharibə onu hər şeydən məhrum edib, özünü və xəstə anasını dolandırmaq üçün gəncliyini qurban verib səhərdən axşama kimi işləməyə məcburdur. Günlərin birində isə xalası onu öz yanına, gözəl bir otelə istirahətə dəvət edir. Burada yüksək təbəqəli insanların arasında keçirdiyi 10 gün nəticəsində dünyagörüşü tamamilə dəyişir. Lakin bir gün onun kim olduğu məlum olur ve xalası onu geri göndərir. Üstəlik anasının ölümü onu lap sarsıdır, yenidən əvvəlki, mənasız yashayış tərzinə qayıtmaq isə ona ölümdən ağır görünür.


Стефан Цвейг 'Мария Стюарт'
Свейг'in bu əsəri XVI əsrdə Şotlandiya korolevası olmuş Mariya Styuart barəsindədir. Ilk baxışdan maraqsız görünən, müəyyən qədər tarixi janrda olan bu əsəri oxuduqca korolevanın körpə yaşından ölümünə qədər keçdiyi həyat yolu insanın gözünün qabağında canlanır. Onun günahsız yerə çəkdiyi əzabları nəticəsiz qalır, sonda özü də bilmədən düşmənlərinin tələsinə düşüb edam olunur. Hətta öz doğma oğlu da ona qarşı çıxır.


Стефан Цвейг "Амок"
Bu novella bir həkimin həyatından bəhs edir. Cavan vaxtı bir qadına vurulur və qanunsuz olaraq xəstəxananın pullarını ona sərf edir. Skandaldan canını qurtarmaq üçün muqavilə ilə koloniyada 10 il müddətində işləməyə gedir. 7 il keçəndən sonra onun yanına ilk dəfə avropalı bir qadın gəlib ondan onu dünyaya gələcək uşağından azad etməsini isteyir. Lakin bunu xahişlə yox əda ilə deməsi, ona pul təklif etməsi həkimə pis təsir edir ve o razı olmur. Qadın gedəndən sonra dözməyib onun dalınca gedir, qadın isə onu qəbul etmir. Ərinin gəlməsinə 2 gün qalmış qadın dözməyib başqasına abort elətdirir (uşaq başqa şəxsdən idi), bu isə ona baha başa gəlir və ölüm ayağında ikən həkimi çağırır. Həkim qadının həyatını xilas etməyə çalışsa da:


Стефан Цвейг 'Гувернaнтка'
Maraqlı bir novelladır. Bir evdə işləyən mürəbbiyyə hamilə olduğundan oranı tərk etməyə məcbur olur, 2 yeniyetmə yaşında olan bacılar ona kömək etmək istəsələr də əllərindən heç nə gəlmir.


Стефан Цвейг 'Неожиданное знакомства с новой профессией'
Sadə bir novelladır. Bir şəxs yeni vəzifə kimi insanları müşahidə etməklə məşğuldur. Bir gün isə onun müşahidə obyekti bir cibgir olur. Bütün günü onu izlədikdən sonra həmin şəxsi öz cibinə girərkən yaxalayır.


Пауло Коельо 'Пятая гора'
Müəllifin oxuduğum bu ilk əsəri doğma şəhərini tərk edib Əkbər adlı şəhərdə yaşamağa məcbur olan, b.e.ə IX əsrdə yaşamış olan İlya adlı peyğəmbərdən bəhs edilir. Əsər başdan sona qədər ümid, sevgi, Tanrıya inam kimi hisslərlə doludur. Bir yandan müharibələr, bir yandan xalqın onu sevməməsi, bir yandan da evində qaldığı dul qadina olan sevgisi onu nə qədər çətin vəziyyətlərə salsa da Tanrı qarşısında borcunu, insanlara kömək etməyi bir da olsun unutmur. 'İndependent' qəzetinin də yazdığı kimi 'bir tale haqqında gözəl hekayə'


Пауло Коельо 'Алхимик'
Müəllif bu əsəri ilə oxuculara çatdırmaq istəyir ki, insan bir şeyi çox istəsə o arzusuna mütləq çatacaqdır. Yetər ki, insan, ürəyinin səsinə qulaq asmaqdan qorxmasın və ən son anda arzusundan vaz keçməsin. Əsərdə kasıb çoban Santyaqo, yuxuda gördüyü xəzinəni tapmaq üçün çox yol və zaman sərf etsə də sonunda istəyinə nail olur. Əsərdə verilən bəzi qısa hekayələr, İslam dini haqqında olan hissələr də çox xoşuma gəldi. Əsəri 2 dəfə oxudum, hər kəsin ürəyində mütləq bir arzusu olduğu üçün hər kəs bu əsərdən nə isə götürəcək, özündən nə isə tapacaq. ...Əsəri bitirdiyimdə günəş caminin arxasindan çıxmaqda idi. Ürəyimdə isə hələ həyata keçməmiş daha çox arzu var idi.


Пауло Коельо 'На берегу Рио-Пьедра села я и заплакала'
Bu əsər də xoşuma gəldi. Əsəri oxuduqca məncə bir çox insan əsərdəki Pilar kimi həyat yoldaşı arzu edəcək. Son görüşlərindən illər keçsə də, Pilar ilk sevgisini unutmur, onun ilk çağrısı ilə yanina gəlir, bayramı onunla keçirir. Bu müddətdə onu yaxından tanıyıb ona heyran olur, ona həyatı boyunca işlərində dəstək verməyə qərar verib yollarına birlikdə davam etməyə başlayırlar. Əsəri bir neçə sözlə qısaca anlatsam da əslində belə deyil. Əsərdə xoşuma gələn çoxlu məqamlar və cümlələr oldu.


Пауло Коельо 'Заир'
Əsər, həyatda ona uğur əldə etməyə kömək etmim yazıçının həyat yoldaşının onu tərk etməsi ilə başlayır. Ilk günlərdə bunu adi qarşılayan yazıçı, həyatının sonrakı anlarında birgə yaşadıqları məqamları xatırlayaraq əslində düşündüyü kimi sərbəstlik qazandığını deyil, xoşbəxtliyi itirdiyini anlayır. Əsəri oxuduqca yazıçının pessimistliyə qapıldığı anlardakı hissləri oxucuya da keçir, daha sonra isə yenidən sevgisi uğrunda mübarizə aparmağa başladıqca oxucu da sanki onunla birlikdə səbr edib hadisələrin sonunu gözləyir.

Müəllifin digər əsərlərində də olduğu kimi, bu əsərdə də bir çox oxucunun razılaşdığı, həyatında oxşarlıqların tapdığı məqamlar olacaqdır. Sevgi uğrunda sonadək mübarizə aparmağı öz oxucusuna bu əsəri vasitəsilə çatdıran müəllif bununla yanaşı bəzi anlarda hadisələri zamanın axarına buraxmaq lazım olduğunu söyləməkdədir.


Сесилия Ахерн 'P.S. Я люблю тебя'
Ömrünün ən gözəl vaxtında sevdiyi həyat yoldaşını itirən Xolli üçün həyata yenidən davam etmək çox çətindir. Jerri-nin ölmədiyinə, bir gün yenidən qayıdacağına inanmaq istədiyi bir anda onun yazdığı məktublar ilə qarşılaşır. Siyahı adlanan bu məktubların hər birini növbəti ayda açmalı və orada yazılanlar əməl etməlidir. Yeni işə düzəlmək, karaoke müsabiqəsində iştərak etmək - məktublarda yazılan bəzi tapşırıqlardandır.

Əsərin ilk səhifələrində hadisələr yüksələn xətlə inkişaf edərək oxucunu maraq dairəsində saxlayır, kitabdan ayrılmayıb bir anda onu bitirmək istəyi yaradır. Ilk səhifələrdə hüzn hisslərinin çoxluğu olsa da, növbəti səhifələrdə hüzn qədər güclü olan yumor hisslərinin çoxluğu hiss olunur. Qısacası isə, əsasında film çəkilişlərinə başlayan bu romantik bestseller hər kəsin ürəyincə olacaq.


Патрик Зюскинд 'Парфюмер. История одного убийцы'
Alman dramaturqu Patrik Zyuskind'in bu əsərinə günümüzün ədəbiyyatçıları başqa bir adla 'Ətir saçan kitab' da deyirlər. Həqiqətən də, əsərin hər bir cümləsi, hər bir səhifəsi sanki ətir saçır. Əsəri oxuduqca orta əsr Parisinin küçələrindən tutmuş təbiətin, güllərin, insanların - bir sözlə canlı və cansız hər bir şeyin ətri hiss olunur.

Əsərin qəhrəmanı - Qrenuy, dünyaya gəldiyi ilk anda anası tərəfindən tərk edilir. Körpəliyindən başlayaraq bütün həyatı boyunca hərkəs tərəfindən sevilməyən, qəbul etməyən Qrenuy, çox həssas qoxu hiss etmə qabiliyyəti sayəsində həyatına davam edir. Kiçik yaşlarından başlayaraq ətriyatçı ustasının yanında işləməyə başlayaraq bu işin incəliklərini öyrənməyə başlayır və sonsuz fantaziyaları sayəsində gözəl ətirlər icad edərək ustasına şöhrət gətirir.

Bir neçə il burada işlədikdən sonra arzuladığı ən gözəl ətiri hazırlamaq üçün ustanın yanından ayrılıb yola çıxması ilə əsərin ilk hissəsi tamamlanır. Növbəti hissələrdə oxucu, Qrenuy'un təbiətdə ətirlər ilə baş başa qalıb keçirdiyi həyatdan, daha sonra isə ətrafında gördüyü hər bir şeyin ətrini hazırlamasına və bu işə olan azartı ilə necə ağlasığmaz cinayətlər işlədiyinin şahidi olacaq.

İlk dəfə 1985-ci ildə İsveçrədə nəşr edilən bu əsər daha sonra 44 dilə tərcümə edilərək uzun həftələr boyunca bestsellerlər siyasında qaldı.